Icma.az
close
up
RU
Rəşad Məcid fırıldaqçıların yeni üsulunu açıqladı: “Bu, hələ başlanğıcdır”

Rəşad Məcid fırıldaqçıların yeni üsulunu açıqladı: “Bu, hələ başlanğıcdır”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mətbuat Şurasının sədri Rəşad Məcid süni intellektdən istifadə etməklə daha inandırıcı fırıldaqçılıq cəhdlərinin artacağını bildirib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib. 

R.Məcid yaxın günlərdə özünün də tanınmış dövlət vəzifəlilərinin adından edilən şübhəli əlaqə cəhdi ilə qarşılaşdığını bildirib: Dominos pizza

“İki həftə əvvəl Bill Qeytsin Süni İntellektin inkişafı və gələcəklə bağlı bədbin proqnozunu paylaşmışdım. Dünən isə özüm bu inandırıcı fırıldaqçılığın şahidi oldum.

Əvvəl nazir müavinindən mesaj gəlir – normal nömrədən, ad-soyadı, şəkli də yerində.

“Salam, Rəşad müəllim, necəsiz?”

Hal-əhvaldan sonra deyirəm, zəng vurum, deyir, tədbirdəyəm, danışa bilmirəm. O yazır, mən cavablandırıram. Sonra deyir, kapitan Əzizov Əkbər Rafiq oğlu sizə zəng edəcək, mədəni insandır, görüşün onunla.

Bir az keçir, “Akbar Azizov” yazılı normal nömrədən zəng gəlir. Rusca danışır. Deyir, filankəs müəllim sizinlə danışıb? Görüşmək lazımdır.

Deyirəm, indi tədbirdəyəm, saat 4-ə bitər yəqin. Saat 4-də zəng edirəm, cavab vermir. Sonra özü zəng edir. “Bu gün məşğulam, sabah zəng edərəm”, – deyir.

Açığı, dalağı sancan, şübhələnməyə əsas verən bir neçə məqam olsa da, nömrələrin inandırıcılığı üstün gəldi”.

Mətbuat Şurasının sədri daha sonra bu cür zənglərin digər şəxslərə də edildiyini vurğulayıb:

“Axşam bir tədbirdə millət vəkilləri ilə görüşürəm. Söz düşür, sən demə, onlara da parlament rəhbərliyinin adından, rəhbər şəxslərin səsinə bənzədilən səslə zənglər gəlir və s.

Bill Qeytsin inandırıcı fırıldaqçılarla bağlı xəbərdarlığı çox çəkmədi, gerçəkləşdi.

İndi gözləyirəm, görüm kapitan Əzizov Əkbər Rafiq oğlu nə zaman zəng edəcək?

Belə başa düşürəm, bu, hələ başlanğıcdır. Bundan sonra daha inandırıcı fırıldaq cəhdləri ilə də üzləşəcəyik. Diqqətli, çevik və ayıq olmalıyıq.

İctimailəşdirirəm ki, hələ belə hallarla üzləşməyənlər də hazırlıqlı olsunlar”.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Sentyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri