Icma.az
close
up
RU
Rəşad Məcid yalan çıxan xəbərdən sonra jurnalistlərə MÜRACİƏT ETDİ

Rəşad Məcid yalan çıxan xəbərdən sonra jurnalistlərə MÜRACİƏT ETDİ

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Caz festivalının icraçı direktoru, “Caz dünyası” jurnalının baş redaktoru Leyla xanım Əfəndiyevanın dərin narahatlıq içərisində jurnalistlərə etdiyi müraciətini oxudum və bu barədə bir neçə söz deməyi özümə borc bildim”. 

Caz festivalının icraçı direktoru, “Caz dünyası” jurnalının baş redaktoru Leyla xanım Əfəndiyeva jurnalistlərə müraciət edib. Belə ki, bu günlərdə sosial şəbəkədə azərbaycanlı müğənni, “I am Jazzman” yarışmasının finalçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhədini keçərkən faciəvi şəkildə dünyasını dəyişməsi barədə sonradan təsdiqini tapmayan başsağlığı tipli xəbər yayılıb. 

Bir sıra tanınmış media subyekti də Leyla Əfəndiyevanın bu xəbərini yaymış, məsələyə münasibət bildirmişdi. Lakin çox keçmədən aydın oldu ki, yayılan xəbər təsdiqini tapmır. Bundan sonra Leyla Əfəndiyeva da bu feyk xəbərin yayılmasından ciddi narahatlığını bildirdi, məyusluq içərisində öz təəssüfünü ifadə etdi.

“Cebheinfo.az” xəbər verir ki, məsələyə Azərbaycan mətbuat Şurasının sədri Rəşad Məcid münasibət bildirib:

“Leyla Əfəndiyeva tanınmış şəxsdir, bir media subyektinə rəhbərlik edir, jurnalistlərlə mütəmadi təmasda olur. Onun müraciətindəki narahatlığı təbii ki, tamamilə anlayışla qarşılayırıq. Amma eyni zamanda bir məqamı da vurğulamaq lazım gəlir: 

baş verən bu hadisə bir daha göstərir ki, müəyyən ictimai öhdəlikləri olan tanınmış şəxsindən tutmuş ən sıravi vətəndaşına qədər hər bir fərd sosial şəbəkədə öz məsuliyyət hissini həmişə gözləməlidir.

Leyla Əfəndiyevanın yazdıqlarının doğruluğuna, dəqiqliyinə təbii ki, bizim jurnalistlər də, media subyektləri də inanıblar və daşıdığı ictimai status media təmsilçilərində onun yaydığı xəbərin səhihliyinə əminlik yaradıb. 

İndi Leyla Əfəndiyeva feyk olduğu ortaya çıxandan sonra media subyektlərini bu xəbəri silmədikərinə, onu öz səhifələrində saxlamaqla o ailəyə dərin kədər bəxş etməkdə davam etdiklərinə görə qınayır. Leyla xanım qınağında onu da vurğulayır ki, media subyektləri nəyə görə mədəniyyətlə bağlı paylaşımlara diqqət ayırmırlar, amma belə bir bəd xəbəri yaymaqda fəallıq göstərirlər?” 

R.Məcid qeyd edib ki, bu məqam neçə illərdir bizim medianın ən ciddi problemlərindən biri olaraq qalır:

“Hələ 2013-cü ildə cənab Prezidentin Azərbaycanın media rəhbərləri ilə görüşü zamanı çıxış edərkən mən də bu məsələyə toxunmuş, bizim saytlardan birinin bir şairin ölümü barədə yazdığı yalan xəbəri xatırlatmış, o yalan xəbərin yayılmasının üstündən iki il vaxt keçdiyini, amma o şairin hələ də həyatda olduğunu söyləmiş, həmkarlarıma bəd xəbərlər yaymağa tələsməməyi tövsiyə etmişdim. O vaxt dediklərim mediaya ünvanlanmış səmimi, təəssübkeş bir çağırış idi.

Artıq sosial media istifadəçilərinin də xəbər yayıcılarına çevrildiyi indiki vaxtda isə hər kəsin, xüsusən də cəmiyyətdə tanınan, ictimai məsuliyyətli şəxslərin hər hansı bir xəbər, məlumat paylaşarkən daha çox diqqətli olması çox vacibdir. 

Niyə məhz bu tipli xəbərlərin daha tez yayılmasına gəlincə, qeyd etməliyik ki, bu gün jurnalistikada, xüsusən də sosial mediada xəbər yayarkən o xəbərin daşıdığı ictimai yükdən əvvəl, onun yarada biləcəyi hay-küyə, sensasiyaya, qışqırtıya daha çox önəm verilir. 

İstəsək də-istəməsək də, media diqqəti cəlb etmək üçün belə hay-küylü, belə “qeyri-adi” xəbərlər yaymaqda həmişə maraqlı olub. Bu mənada həm indi baş verən hadisənin yaratdığı narahatlıq, həm də Leyla xanımın bu narahatlıqdan doğan müraciəti saxta xəbərlərin çoxaldığı indiki dövrdə hər kəsi dediyi hər kəlmənin, yazdığı hər sözün məsuliyyətini maksimum dərəcədə anlamağa vadar edir”. 

R.Məcid xatırladıb ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu da ilk dəfə anlayış verilmiş media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olmanı, tənqidi dəyərləndirməni özündə ifadə edir:

“Hər yayılan xəbərin doğruluğuna inanmamaq media savadlığının tələbidir. Bu anlayış bütün tanınmış şəxslərdən, sosial şəbəkə istifadəçilərindən də böyük məsuliyyət tələb edir. 

Bütün bunları xatırladaraq baş verən bu son hadisəyə görə dərin təəssüfümüzü bildirir, ilk növbədə medianın belə məsələlərdə daha həssas olmasını arzulayırıq. Eyni zamanda, Leyla xanım Əfəndiyevanın şəxsində bütün sosial şəbəkə istifadəçilərini, o cümlədən ictimaiyyətin tanıdığı, sözünə inam bəslədiyi kəsimi belə xəbərlər yayarkən tələsməməyə və təmkinli olmağa dəvət edirik”.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri