Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Milli Məclisin deputatı Fazil Mustafa ilə jurnalist Taleh Şahsuvarlı aarsında yaranmış gərginliyin barışıqla həll olunmasına çağırış edib.
Modern.az-ın məlumatına görə, Rəşad Məcid tərəflərə müraciətindən bildirib:
“Jurnalist Taleh Şahsuvarlının Laf TV-nin efirində millət vəkili Fazil Mustafanı debata çağırması ilə bağlı emosional, bir qədər əsəbi tonda yazdığı Feysbuk statusuna şərhimdə Talehin sanki debata yox, davaya hazırlaşdığını bildirmişdim.
Yaxşı olardı, hörmətli Ləman xanım da belə vəziyyətdə Fazil Mustafasız verilişi təxirə salaydı. Səfəvilər mövzusunda soyuqqanlı, təmkinli polemika ictimaiyyət üçün daha faydalı ola bilərdi.
Fazil bəyin düşüncələri ilə tanışam və onların bir çoxu ilə razılaşıram. Mirzə Fətəli və Həsən bəy Zərdabi barədə fikirlərini də doğru sayıram. Amma Səfəvilər elə mövzudur ki, bu məsələdə ümumi konsensusun yaranacağına skeptik yanaşıram. Düşünürəm ki, belə müzakirələr obyektiv aydınlıqdan və tarixi maariflənmədən daha çox, fərqli baxışlara malik insanların gərəksiz qarşıdurmasına səbəb olacaq.
Fazil bəyə də jurnalistlərlə polemika zamanı ona xas olmayan kobud leksikondan uzaq durmağı, səbirli olmağı arzulayıram.
Fikrimcə, lazımsız gərginlikdir. Onsuz da hər kəs sonda öz mövqeyində qalacaq.
Qısa fikrim isə budur: Barışın getsin!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Avqust 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















