Rəşad Nəbiyev: 2025ci ildən alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi planlaşdırılır
Icma.az, Operativmedia saytına istinadən bildirir.
"2025-ci ildən başlayaraq alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi planlaşdırılır".
"Operativ Media" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Nazirin sözlərinə əsasən, Azərbaycan ekoloji dayanıqlığı gücləndirmək, tranzit vaxtlarını azaltmaq və istixana qazı emissiyalarını azaltmaq üçün bütün Orta Dəhlizdə rəqəmsal həllərin inteqrasiyasına sadiqdir.
“Rəqəmsal strategiyamızın mərkəzi komponenti rəqəmsal nəqliyyat logistika informasiya sisteminin inkişafıdır ki, bu platforma tam şəffaflıq təmin edəcək, yüklərin səmərəli izlənməsini, proqnozlaşdırılması və dəhliz boyunca idarə olunmasını dəstəkləyəcək”, - deyə Rəşad Nəbiyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 Noyabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















