Rəşad Rəsullu: Regionlarda cüdo üzrə turnirlərin təşkili bu idman növünün inkişafına təkan verir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Quba, 3 may, AZƏRTAC
Regionlarda cüdo üzrə turnirlərin təşkili bu idman növünün inkişafına təkan verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Qubada təşkil edilən yeniyetmələr arasında Avropa Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bu yarışın yeniyetmə cüdoçulara yaxşı təcrübə qazandıracağını bildirib: "Biz burada nəticə yox, yaxşı idmançılar qazanmaq istəyirik. Əlbəttə, medal əldə etmək önəmlidir. Amma onların inkişafı daha vacibdir".
Qurum nümayəndəsi gələcəkdə "Böyük Dəbilqə" turnirinin regionlarda keçirilib-keçirilməyəcəyi ilə bağlı da danışıb: "Bu turnirinin öz tələbləri var. Hələlik "Böyük Dəbilqə"nin regionlarda təşkil edilməsi üçün əlverişli şərait yoxdur. Bu səbəbdən Milli Gimnastika Arenasından istifadə edirik. Əlbəttə ki, biz də istərdik bu vacib yarış Azərbaycanın hansısa bölgəsində baş tutsun".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 03 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















