Icma.az
close
up
RU
Rəşad Sadıqov artıq deyinmək xatirinə deyinir

Rəşad Sadıqov artıq deyinmək xatirinə deyinir

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qəbələ”ilə oyundan sonra keçirilən mətbuat konfransında Rəşad Sadıqov giley-güzar edib. Komandanın bəxtsizliyindən, müəyyən qədər də haqsızlığa məruz qalmasından danışıb.

Dediklərinə nəzər salaq:

“Turan Tovuz" bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi iki dəfə Tovuzda qəbul edəcək. "İmişli" bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul etdi. "Kəpəz" Qəbələdə oynadı, fərqli ab-havada, azarkeşlərindən uzaq yerdə. İndi isə Yevlaxda oynayacaqlar. Dünən özümüz də gördük ki, "Kəpəz" orada istəkli idi, necə aqressiv oynayırdı. Burda söhbət sırf "Kəpəz", "İmişli" və "Turan Tovuz"dan getmir. Sadəcə, deyirəm ki, qaydalar qoyub elə riayət edək ki, qaydalar pozulmasın. Çünki bu, aşkar şəkildə rəqabətə təsir edir. Bir şey demirəm. Hansısa komanda zərurətdən stadionunu dəyişibsə, bütün rəqiblərini orda qəbul etsin. Üçüncü dövrədə isə dəyişərlər. Elə daha ədalətli olardı. Çox komanda "Kəpəz"lə Qəbələdə oynadı. Biz Yevlaxda oynamalıyıq. Gördük ki, "Kəpəz" Yevlaxda tam fərqlidi”.

Əvvəlcə onu deyir ki, “Kəpəz” Yevlaxda Qəbələ ilə müqayisədə daha aqressiv oynayırdı. Əvvəlcə bunu deyək ki, “Kəpəz” meydana tam qonaq qismində çıxmışdı. Aqressiv, daha yaxşı oynamalarının isə iki səbəbi var idi. Birincisi, “6 xallıq” oyun idi, qələbə gəncəlilərə hava-su kimi lazım idi. İkinci səbəb isə rəqibin çempionatdakı ən zəif komandalardan “Karvan-Yevlax” olması idi. Bu məsələyə başqa prizmadan da yanaşaq. Yevlaxın yolu Qəbələ ilə müqayisədə daha rahatdı, deməli, “Zirə” də az əziyyət çəkəcək. “Turan Tovuz”a gəlincə, qərblilərin mövsümün əvvəlində Tovuzda oynamayacağı əvvəldən bəlli idi. Bu isə hamıdan çox uzun illər kapitanı olduğunuz “Qarabağ”a sərf etdi. Səfər qarşılaşmasını evdə keçirdi. Amma nədənsə heç bundan danışmırsız.
Sadıqov cənablarının giley-güzar etdiyi digər məqam isə olduqca absurddu:

“Kubokda ən çətin yol bizə düşüb. 1/8 finalda "Neftçi" ilə qarşılaşırıq, növbəti mərhələdə "Sumqayıt"la üz-üzə gələcəyik. İki ildi eyni ssenarini yaşayırıq. Yarımfinalda "Turan Tovuz" - "Araz-Naxçıvan", finalda da "Sabah" - "Qarabağ" cütünün qalibi ilə qarşılaşacağıq. Təbii ki, bunları ehtimal kimi deyirəm. Başqa komandalara hörmətsizlik olmasın”.


Sizin yolunuz çətindi, anladım. Amma kubokda asan yol olmur. Digər tor daha çətindi axı. “Neftçi”, “Turan Tovuz”, “Araz-Naxçıvan” daha çətindi, yoxsa son kubokun finalçıları “Sabah”la “Qarabağ”?
Sanki deyinmək xatirinə deyinirsiz. Gileyləndiyiniz haqlı məqamlar olub, amma son dediklərinizə heç cür haqq qazandırmaq olmur...
MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Noyabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri