Icma.az
close
up
RU
Rəşad Sadıqov: Biz Kəpəz dən daha hazırlıqlı idik

Rəşad Sadıqov: Biz Kəpəz dən daha hazırlıqlı idik

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Zirə" Misli Premyer Liqasının 3-cü turunda doğma meydanda "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Milli fasilədən öncə qalib gəlmək vacib idi. Biz "Kəpəz"dən daha hazırlıqlı idik. Çünki iyun ayının ortalarında yeni mövsümün hazırlığına başlamışıq. Bizim futbolçuların rəqibdən daha hazırlıqlı olması normaldır. Bu, oyunun gedişatına təsir edirdi. Bilirik ki, rəqibdə seleksiya gec oldu. Hətta son günlərdə iki yaxşı oyunçu transfer ediblər. Düşünürəm ki, "Kəpəz" 3-4 turdan sonra çox təhlükəli komandaya çevriləcək və çempionata rəng qatacaq. Futbolçularım ilk dəqiqədən meydanda məsuliyyət göstərdilər. Nəticə və oyun iki komanda arasındakı fərqin göstəricisi deyil. "Kəpəz"ə növbəti turlarda uğurlar arzulayıram.

- Brahim Konate dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Təlim-məşq toplanışında bunu sınamışdız?

- Konate "Şamaxı"da da dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Amma orada sistem bir az fərqli idi, hücumlarda çox fəal iştirak edirdi. Konatenin universal futbolçu olduğunu bilirik. Təlim-məşq toplanışı zamanı onu daha çox pleymeyker kimi hazırlayırdıq. İsmayıl İbrahimlinin mikro-zədəsi var idi. Həm də milli komandanın toplanışına qoşulacaq. Buna görə də onu qoruduq. Həm də fürsətdən istifadə edib Konateyə şans verdik ki, o da formasını bərpa etsin. Dayaq yarımmüdafiəçisi mövqeyində özünü yaxşı göstərdi.

- Yeqor Boqomolski və Leroy Mikelsin performansını necə dəyərləndirirsiniz?

- Futbolçuların debüt etməsi bizim üçün xoşdur. Uğurlu olanda ikiqat xoş olur. Leroy oyuna inamlı qoşuldu. İki ay futbol oynamayıb. Uzun fasilədən sonra çox oynaması da risklidir. Boqomolski də oyuna çox yaxşı qoşuldu. Hə ikisi hücumdakı oyunumuzu sürətləndirdilər. İstəyirik ki, hücum xəttində rəqabəti artıraq. Bu, vacibdir. Bütün futbolçular tonusda olmalıdır.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 Avqust 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri