Rəşad Sadıqov: “Bu aqressiya rəhbərlikdən gəlir”
Icma.az, Apasport portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının VI turunda "Turan Tovuz" "Zirə"ni məğlub edib - 1:0.
Apasport.az xəbər verir ki, matçdan sonra qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
"Futbolçularıma əzmkar oyuna görə təşəkkür edirəm. Tovuzda oynamaq asan deyil. Bu gün komandamı məğlub görmürəm".
- Oyunun sonunda nə baş verdi?
- Ciddi bir şey yox idi.
- Sanki sizi təxribata çəkirdilər...
- Ola bilər.
- Amin Seydiyevə etdiyi qayda pozuntusuna görə irad bildirəcəksiniz?
- Rəvan Həmzəzadə bizim belə epizodlarda qayda pozuntusu qeydə almayıb. Ona görə də heç nə deyə bilmərəm. Bundan başqa, aut atılanda oyun artıq bitmişdi. Əminəm ki, autu biz atsaydıq, oyun bitəcəkdi. Son vaxtlar dəb halını alıb ki, legioner məşqçilər hakimlərin üzərində təzyiq yaradırlar. Hakimlər də bu təzyiqə düşürlər. Son 6 ildə çempionatda ən çox səhvlər "Zirə"yə qarşı olub.
- Bu gün "Zirə" uduzdu, yoxsa uduzdurdular?
- Biz bu gün uduzmamışıq. İlk dəqiqələrdən hiss edirdim ki, buradan xalla ayrılmaq çətin olacaq. Bəyanata qalanda, biz də bəyanat yaya bilərik. Hakimlər üzərində təzyiq yaradılır. Bunu açıq-aşkar hiss edirəm. Ümid edirəm ki, hakimlər bu təzyiqin altında qalmayacaqlar.
- "Zirə" bu gün hücumda aktiv görünmürdü. Bunun səbəbi nədir?
- "Turan Tovuz"a qarşı hücum futbolu oynamaq çətindir. Rəqib çoxsaylı uzun ötürmələrdən istifadə edir. Ona görə də bizim topla oynamaq imkanımız olmurdu. 60-cı dəqiqədən sonra oyuna nəzarət bizdə idi. Bir uzun ötürmə ilə bizim cərimə meydançamıza gəlirdilər. Bu gün belə oynamağımızın səbəbi "Turan Tovuz"un oyun fəlsəfəsi idi.
- Həm azarkeşlər, həm də rəqib oyunçular tərəfindən "Turan Tovuz"a qarşı aqressiya var idi. Bu, "Turan Tovuz"un yerinə avrokuboklara "Zirə"nin getməsi ilə bağlı ola bilər?
- Səbəb o deyildi. Çünki bu proses daha əvvəl başlayıb. Azarkeşlər deməyək. Bu gün bir çox azarkeşlə görüşmüşük, şəkil çəkmişik. Bütün azarkeşlərə aid etməyək. Bu aqressiya "Azersun Arena"da "Turan Tovuz"a məğlub olduğumuz oyundan sonra başlayıb. Bununla bağlı açıqlama vermişəm. Bilmirəm "Turan Tovuz"da bizə qarşı aqressiya kimdən gəlir. Əslində bilirəm. Rəhbərlikdən gəlir. Amma hansı rəhbərdən olduğunu bilmirəm.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 19 Sentyabr 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















