Icma.az
close
up
RU
Rəşad Sadıqov: Çalışdıq ki, oyunboyu ona dəstək olaq, çox təzyiq göstərməyək

Rəşad Sadıqov: Çalışdıq ki, oyunboyu ona dəstək olaq, çox təzyiq göstərməyək

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Dinamik və sürətli oyun getdi. Rəqibimizin geridə qalan 12 turda göstərdiyi oyun təqdiralayiqdir. Səhv etmirəmsə, "Qəbələ" çempionatımızda ən çox qol epizoduna girən komandalarından biridir. Topla oynamağı sevən komandadır. Biz bu gün öz futbolumuzu oynamağa çalışdıq. Birinci hissədə oyunumuz daha yaxşı alınırdı. Qol da vurduq. Rəqibə qol imkanı vermədik. Bilirik ki, oturuşmuş kombinassiyaları var. Onun qarşısını dəf edirdik. Amma 70-ci dəqiqədən sonra, bu tip əzmkar və oturuşmuş oyunu olan komandaya qarşı ikinci qolu vurmursansa, oyunun sonluğu ağır keçəcək. Bu gün də elə oldu. Sonlarda çoxsaylı cərimə zərbələri verdik. Ən çox təhlükəli epizodlar standart vəziyyətdən sonra olurdu. Oyun planında rəqibin qarşısını alırdıq. Futbolçularımı təbrik edirəm. Bu oyun bir daha onu göstərdi ki, çempionatımız hansı səviyyədədir və bu mövsüm bizi necə oyunlar göstərir. Rəqiblər inamlı mübarizə aparır. Heç kim asanlıqla təslim olmur. Bütün oyunlar əzmkar oyun şəraitində keçir. Hesabın necə olacağını son dəqiqələrə qədər proqnoz vermək olmur. Bu rəqabətə tab gətirməyə çalışacağıq. "Kəpəz"lə oyunumuz olacaq. O matça köklənəcəyik".

Sportal.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turunun “Qəbələ” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Birinci hissədə 2 penalti təyin edildi, onların heç birini də baş hakimlər görmədi. Yalnız VAR-ın müdaxiləsindən sonra penaltilər verildi. VAR olmasaydı, necə olacaqdı?

Bilirsiz, VAR olanda baş hakim də daha rahat qərar qəbul edir. Bilir ki, onu sığortalayan var. Bəlkə də VAR olmasaydı,  özü qərar qəbul edərdi. Hər iki penalti çətin epizodlar idi. Onu görmək şansı yox idi. Xırda foullar çox oldu. Elvin bəy gənc hakimimizdir, Premyer Liqada yeni-yeni təcrübə toplayır. Biz də oyunboyu çalışdıq ki, dəstək olaq, çox təzyiq göstərməyək. Oyunun nəticəsinə təsir edən səhvə yol vermədi.

- "Qəbələ"nin istifadə edə bilmədiyi penalti oyunun qırılma nöqtəsi idi?

Oyunun gedişatı onu göstərdi ki, bəlkə də qırılma nöqtəsi idi.Amma qol buraxsaydıq, ikinci hissədə fərqli oyun gedəcəkdi meydançada. Qol oyunu və gedişatı dəyişir. Biz qol vurduq, 2-ci hissədə nəticəyə görə narahat idik. Biz qol buraxsaydıq, daha böyük qüvvə ilə irəli gedəcəkdik. 30-cu dəqiqədə qaçan penaltiyə heç vaxt oyunun qırılma nöqtəsi deyə bilmirəm. Son dəqiqələrdə olsaydı, təbii ki, qırılma nöqtəsi olardı. "Qəbələ" həqiqətən də, Kaxaber Sxadadzenin yaratdığı komanda, oynatdığı futbolu heyranlıqla izləyirəm.

- "Kəpəz"lə qarşılaşacaqsız, daha sonra ölkə kubokunda rəqibiniz "Neftçi"dir. Bunu nəzərə alıb, "Kəpəz"lə oyunda heyətdə rotasiya etmək fikriniz var?

Xeyr, bizi ilk növbədə "Kəpəz"lə oyun maraqlandırır. Bizi Yevlaxda qəbul edəcəklər. Açığı, bu mövsüm məyusedici məqamlar çoxdur. Çox istəyərdim ki, fərqli olsun. Bilmirəm zəruriyyətdən, ya məcburiyyətdən irəli gəlir. "Turan Tovuz" bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi 2 dəfə Tovuzda qəbul edəcək. "İmişli" bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul etdi. "Kəpəz" Qəbələdə oynadı, fərqli ab-havada, azarkeşlərindən uzaq yerdə. İndi isə Yevlaxda oynayacaqlar. Dünən özümüz də gördük ki, "Kəpəz" orada istəkli idi, necə aqressiv oynayırdı. Burada söhbət sırf "Kəpəz", "İmişli" və "Turan Tovuz"dan getmir. Sadəcə olaraq, deyirəm ki, qaydalar qoyub və elə riayət edək ki, qaydalar pozulmasın. Çünki bu, aşkar şəkildə rəqabətə təsir edir. Bir şey demirəm. Hansısa komanda zərurətdən stadionunu dəyişibsə, bütün rəqiblərini orada qəbul etsin. Üçüncü dövrədə isə dəyişərlər. Elə daha ədalətli olardı. Çox komanda "Kəpəz"lə Qəbələdə oynadı. Biz Yevlaxda oynamalıyıq. Gördük ki, "Kəpəz" Yevlaxda tam fərqlidir.

- "Kəpəz"ə qarşı görüş süni örtüklü meydançada olacaq axı..

- Biz sırf olaraq həmin görüşlə bağlı hansısa rotasiya planlaşdırmışıq. Bizdə əsas 11 nəfər oyunçu deyə bir şeyimiz yoxdu. Ola bilər ki, bu gün start heyətində meydana çıxan futbolçu qarşıdakı oyuna "onbirlik"də başlamasın. Ya da, fərqli. Bu da "Neftçi" ilə bağlı deyil. Biz bu dəqiqə "Neftçi" matçını düşünmürük. Vacib üç xal qarşımızda. Çempionatın necə getdiyini görürsüz. Bu çempionatda 7-ci olmaq kimisə təəccübləndirməyəcək. Bu bir reallıqdır. Ona görə də bütün fikrimizi ilk növbədə çempionata yönəldəcəyik. Qəribə məqam odur ki, kubokla bağlı ən çox fikir bə irad bildirən mən idim ki, kuboku qazanmaq asandır-asandır. İndi ən çətin yol bizə düşüb. 1/8 finalda "Neftçi" ilə qarşılaşırıq, növbəti turda "Sumqayıt"la üz-üzə gələcəyik. İki ildir ki, eyni ssenarini yaşayırıq. Yarımfinalda "Turan Tovuz" - "Araz-Naxçıvan", finalda da "Sabah" - "Qarabağ" cütünün qalibi ilə qarşılaşacağıq. Təbii ki, ehtimal olaraq deyirəm bunları. Digər komandalara hörmətsizlik olmasın. Ən çətin yoldur. Bizim üçün prioritet həmişə çempionat olub. Kubokda irəliləmək istəyirik. "Neftçi"nin nə dərəcədə iddialı olacağını bilirik. Biz seçmirik, seçmə periodu deyil. İlk növbədə fikrimizi "Kəpəz"lə oyuna yönəldəcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://sportal.az
archiveBu xəbər 22 Noyabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri