Icma.az
close
up
RU
Rəşad Sadıqov: Eşitməmişəm ki, kimsə anti futbol oynadığımızı desin

Rəşad Sadıqov: Eşitməmişəm ki, kimsə anti futbol oynadığımızı desin

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Zirə" Azərbaycan Premyer Liqasının 31-ci turunda doğma meydanda"Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.

Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Hazırda oyunla bağlı fikir bildirmək çox çətindir. Gərgin, mübarizə şəraitində keçən bir matç oldu. Futbolçularımı təbrik edirəm, bağrıma basıram. Çox vacib qələbə qazandıq. Amma qələbəni bayram etməyə vaxtımız yoxdur. Üç gün sonra səfərdə "Qəbələ" ilə vacib oyuna çıxacağıq".

- Bir çox komandalar azlıqda qalandan sonra müdafiəyə çəkilir. Sizdə əksinə oldu. Meydana daxil olan futbolçuların oyuna daha da güc qaldığını düşünürsünüz?

- Təbii ki. Bu qələbədə qırmızı vərəqədən sonra meydana daxil olanlar çox böyük pay sahibidirlər. Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır. Qələbə qazandıq, müsbət tərəflərindən danışırıq. Amma dəyişikliklərdən sonra məğlub ola da bilərdik. O dəqiqələrdə beynimdə hər şey çox qarışıq idi. Qırmızı planlarımıza daxil deyildi. Ani olaraq belə qərar verdik. Sevinirik ki, effektiv alındı. 

- Rəhim Sadıxov qol vurmasına baxmayaraq, sanki ümumi ansambldan geri qalırdı. Onun oyununu necə dəyərləndirirsiz?

- Rəqib bizim üç hücumameyilli oyunçumuzu yaxşı təhlil edib. Onlara boşluq vermirdilər. Rəhimə xüsusi diqqət var idi. Yaxşı məqam tapıb əlinə düşən fürsətdən istifadə etdi. Bu da futbolçunun ustalığını göstərir.

- Bugünkü oyunla "Zirə" və Rəşad Sadıqov sübut etdi ki, "Zirə" anti-futbol oynamır?

- Eşitməmişəm ki, kimsə anti-futbol oynadığımızı desin. "Müdafiəyəmeyilli oynayırlar", "az qol vururlar" şərhləri olub. Hər mütəxəssisin fikrinə hörmətlə yanaşıram. Bəzən özüm üçün faydalar da çıxarıram. Bu gün məqsədimiz kiməsə nəyisə sübut etmək deyil. Məqsədimiz imkan daxilində çempionatı yuxarı pillələrdə bitirməkdir.

- Üçüncü qoldan sonra hamı sevinirdi, siz isə qeydlər edirdiz. Həmin an nə planlaşdırırdız?

- Qoldan sonra sistemi dəyişdik. Futbolçulara onu izah etməyə çalışırdıq. 5-4 sisteminə keçdik. Xüsusi bir şey deyildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sport24.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri