Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Qara ilə danışığımız olmayıb”

Rəşad Sadıqov: “Qara ilə danışığımız olmayıb”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının VII turunun “Sumqayıt” – “Zirə” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Vacib səfərdən qələbə ilə döndük. Uşaqları təbrik edirəm. Qarşıda bizi səfər oyunu gözləyir. Diqqətimizi oyunlara ayırmalıyıq.

– Premyer Liqada tək rəqibinizin “Qarabağ” olduğunu deyə bilərik?
– Xeyr, razılaşmıram. Bir çox komandalar yaxşı oyun nümayiş etdirir, nəticələr qazanırlar. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, “Sumqayıt”, “Neftçi”… yəni, düşünürəm ki, komandalar sona qədər avrokubok mübarizəsi aparacaqlar. Ayxan Abbasov da “Şamaxı”da yaxşı kollektiv formalaşdırıb. Bu mövsüm rəqiblər daha çox olacaq.

– Qara Qarayevin xidmətində maraqlısınız?
– Ötən il danışmışdıq, özüm görüşmüşdüm. “Qarabağ”dan ayrılandan sonra “Zirə”yə gətirmək istəyirdik. “Neftçi”yə keçdi və orada oynamağa qərar verdi. İndi elə vaxtda azad agent kimi qaldı ki… hamı onun kimi oyunçunu heyətində istəyər. Amma hazırda onun mövqeyində 4-5 futbolçumuz var. Bu il onunla danışmamışıq. Ötən il israr edirdim, ancaq o, “Neftçi”ni seçdi.

– Qarayev “Neftçi”ni seçəndən sonra onunla qeyri-rəsmi inciklik olub?
– Xeyr. Onunla elə yol keçmişik ki, nəsə münasibətimizə təsir etməz. Məni də sıxan müəyyən nüanslar var. Qara elə futbolçudur ki, oynamalıdır. Hardasa qalmaq onun üçün yaxşı olmaz. Oyunlara çıxmalıdır, ambisiyalı, iddialı oyunçudur. Onunla münasibətimiz qaydasındadır, futbol haqda danışır, müzakirələr aparırıq. İndiki məqamda transfer haqda onunla söhbətimiz olmayıb.

– Emin Mahmudovun da “Neftçi”dən ayrılacağı gözlənilir. Belə şans olsa, onu komandanızda görmək istəyərsiniz?
– Əlbəttə, hamı istəyər. Futbolda uğursuz nəticələrin olduğu dönəmlər olur. Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Amma düşünürəm ki, “Neftçi”də layiqli kapitan olub. Təbii, Qriqorçuk da təcrübəli məşqçidir. Düşünürəm ki, Emin yoluna davam etməli, bizi əvvəlki oyunları ilə sevindirməlidir.

– Bu mövsüm yaxşı avrokubok mövsümü keçirdiniz. Ordakı məğlubiyyətdən sonra komandanı psixoloji Premyer Liqaya hazırlaya bildiniz. Komandadakı atmosferi düzəltməyi necə bacardınız?
– Futbolçular, azarkeşlər bir oldular. Məğlub olanda da hamı birlikdə idi. Bəlkə də, burda ən az pay sahibi mənəm. Düşünürəm ki, əsas üstünlüyümüz futbolçularımız oldu.

– Aşağı yaş qrupları üzrə milli komandalar uğursuz nəticələr göstərir. Yerli futbolçu baxımından sıxıntı var. Çıxış yolunu nədə görürsünüz?
– 4-5 il bundan əvvəl indiki problemləri yaşayacağımız aşkar idi. Gələcəyə nikbin baxıram. AFFA-nın yeni rəhbərliyi futbolumuza yeni nəfəs gətirməyə çalışır. Bunun bəhrəsini görəcəyimizi düşünürəm. 9-10 yaşından yetişdirdiyimiz futbolçuların 7-8 ilə yaxşı olacaqlarını fikirləşirəm.

– Futbol mütəxəssisi olaraq AFFA-ya bu mövzuda nə təklif edərdiniz?
– Mən məşqçiyəm, bununla bağlı müzakirə lazımdırsa, edək. Ancaq açığı, mən 10 yaşlı futbolçunu necə yetişdirməli olduğumu bilmirəm. Hər yaş qrupunun öz peşəkar kadrı var. Mənə 18, 19 yaşlı futbolçu haqda soruşsanız, nəsə deyə bilərəm. Amma daha aşağı yaşlı uşaqların yetişdirilməsi ilə bağlı nəsə bilmirəm.

– “Qarabağ”ı kənara qoysaq, “Zirə” Azərbaycan futbolunda dominantlıq edir. “Zirə”nin çempionluğa oynamaq üçün neçə ilə ehtiyacı var?
– Sitasiuayadan, gedişatdan çox şey asılıdır. Ola bilər ki, elə məşqçi gəlsin, komandanı bir aya dəyişsin. Hər şey ola bilər. Bu gün “Turan Tovuz”un əsas üstünlüyü odur ki, əvvəlki və yeni baş məşqçi eyni sistemlə oynayır. Kurban Berdıyevin futbolçulara yanaşması bir az da komandanı artırıb. Sabah “Zirə”yə gəlsə, yenə uğurlu olar. Ümumiyyətlə, nə qədər zaman lazım olduğunu bilmirəm. Futbolda dəqiqliklə nəsə demək olmur. Başımızı aşağı salıb, bildiklərimizi etməyə çalışırıq. İnşallah, daha yaxşı, möhkəm komanda olarıq. Stabilliyi qorumaq lazımdır. Bunu etmək asan deyil. İlk məqsədimiz avrokuboklara vəsiqə, sonra ötənilki uğuru təkrarlamaqdır. Önümüzə baxacağıq.

– 10 il sonra özünüzü “Zirə”də görürsünüz?
– Ola bilər, niyə də yox?

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 İyun 2026 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri