Icma.az
close
up
RU
Rəşad Sadıqov: Qış dönəmimdə hələ ki, planımızda transfer yoxdur

Rəşad Sadıqov: Qış dönəmimdə hələ ki, planımızda transfer yoxdur

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Olduqca gərgin və hər iki komanda üçün ağır oyun keçdi. Həftəboyu bu tip oyun olacağına hazırlaşırdıq. Bilirdik ki, rəqib pressinq edib, ikinci toplarda aktiv olan, meydanboyu mübarizə aparan komandadır. Bu komponentlərdə çox yaxşı idik, çox yaxşı mübarizə aparırdıq, intizamlıydıq. Rəqibə qol epizodu vermədik. Bilirdik ki, rəqibin heyətində təhlükəli oyunçular var və bir çox oyunlarda qol epizodları yaradıblar. Hücum xəttində daha effektiv oynayıb, nəticəni öz xeyrimizə çevirə bilərdik. Ona da "Turan Tovuz"un kompakt oyunu, müdafiə xəttinin inamlı oyunu imkan vermədi. Bir neçə təhlükəli qol epizodumuz oldu. Ona da qolkiperləri imkan vermədi. Hesab da bərabərə bitdi. Bizi növbəti həftə finala bərabər oyun gözləyir. Avrokuboklara namizəd rəqiblər bir-biri ilə oynayır. Bİz də "ölüm-dirim" mübarizəsi aparan "Səbail"lə qarşılaşacağıq. Özü də səfərdə. "Səbail"lə oyun bizim üçün çempionatın bəlkə də ən vacib oyunu olacaq". Sport24.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 17-ci turunun "Turan Tovuz"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. Ardınca isə jurnalistlərin suallarını da cavablandırıb.

- "Səbail"lə oyunun çətin keçməsi nə ilə əlaqədardır?

- Futbolçular özləri də vəziyyəti başa düşür. Üç xalın bizim üçün nə qədər önəmli olduğunu anlayırlar. Ümid edirəm ki, maksimum konsentrasiya ilə oyuna hazırlaşacaqlar. Futboldur, ola bilər ki, nəticə ürəkaçan, istədiyimiz olmasın. Ən azından oyuna yanaşmamız, meydandakı mübarizəmiz yüksək səviyyədə olmalıdır.

- Bəyəndiyiniz və komandada görmək istədiyiniz oyunçu var ki, qışda ona dəvət göndərərsiz?

- Daxili çempionatda hər bir komandada yaxşı futbolçu var ki, heyətində görmək istəyərsən. Bəzi mövqeləri gücləndirmək və rəqabəti artırmaq istəyərik. Bütün məşqçilər bunu istəyər. Xaricdə baxdığımız hansısa futbolçu yoxdur. Qış dönəmimdə hələ ki, planımızda transfer yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 Dekabr 2024 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri