Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Rəşad Sadıqov: Süni örtüklü meydançaları futbolumuzdan yox etməliyik

Rəşad Sadıqov: Süni örtüklü meydançaları futbolumuzdan yox etməliyik

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Səbail"in Premyer Liqadan düşməsi ilə bağlı məyusluğumu bildirmək istəyirəm. Qış fasiləsindən sonra çox yaxşı, əzmkar "Səbail" var idi. Bir çox oyunda çoxlu fürsətləri qaçırdılar. Bu oyunda da, həmçinin. Düşünürəm ki, bu da Premyer Liqadan düşməklərinin əsas səbəblərindən oldu. Ümid edirəm ki, ruhdan düşməzlər. "Qəbələ" kimi böyük peşəkarlıq göstərib, Premyer Liqaya dönəcəklər. Neçə illərdir futbolumuza rəng qatırdılar. Futbolçularımı təbrik edirəm. Bugünkü oyuna köklənmək asan deyildi. Keçən tur əsas məqsədimizə nail olmuşduq. Amma futbolçularla danışığımız olub. Bu gün onlar danışıqları düzgün təhlil edib, peşəkarlıq göstərdilər. Əsas məqsəd avrokuboklara hazırlıqdır. Bizim üçün avrokubokların hazırlığının ilk hissəsi olacaq. Qapımızda təhlükəli epizodlar oldu. Top itkilərinə yol verdik. Futbolçular intizamlı idilər. Hər bir komanda bizim üçün doğmadır. Bizi qarşıda son 2 oyun gözləyir".

Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 34-cü turunun "Səbail"lə(0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- İndiyə qədər 70 xal yığmısız. Bu haqda nə deyə bilərsiz? Uğurlu nəticənin düsturunu tapmısız?

Keçən il də uğurlu nəticə olmuşdu. Bizim üçün xal yox, nəticənin uğurlu olması vacibdir. Keçən illə müqayisədə bu mövsüm daha yaxşı idik, uğurlu nəticələr oldu. İstəyərdik ki, çox xalımız, qələbələrimiz olsun. Xalın nə qədər olması yox, uğurlu nəticə vacibdir.

- Bu mövsümkü "Zirə" əvvəlkindən fərqlənir. Daha rənganərəng oynayır. İllər ərzində inkişaf mərhələsini keçdiz ki, zirəvəyə çatdız, yoxsa bu mövsüm istədiyiniz komanda var idi əlinizin altında?

Futbolda bəzi təhlillərlə razı deyiləm. Onu da tam ortaya çıxarmaq üçün saatlarla zaman lazımdır. Mətbuat konfransı kifayət etməyəcək. Bizdə 90 dəqiqə necə bitib, ona baxılır və şərhlər başlayır. Birinci ildə həmin məqam üçün, həmin heyət üçün, qısa zaman üçün əla nəticə idi, 4-cü olduq. Kimlərsə unudub, mən unutmamışam, hakim səhvləri çox idi. Kuboku qazana da bilərdik. "Sumqayıt"la qarşılaşacaqdıq. 5 ili ümumi təhlil etsəm, hər ilin özünə görə yeri olub. 5-ci yeri tutduğumuz il uğursuz olub. Bu il demək olar ki, çox nadir hallarda hakim səhvləri olurdu. Keçən il demişdim ki, düzələcək. İki dəfə finalda oynamışıq, hər ikisində də şansımız olub ki, qalib gələk. Hər dönəmin özünə görə uğurlu "Zirə"si olub. Səhvlərimiz də olub. Ümumi təhlil etsək, bir mövsümü uğursuz hesab etmək olar. Onda da 5-ci yeri tutmuşduq, 4-cü yerlə eyni xalda idik. Hər şeyi dərin təhlil etmək lazımdır. Bəzi futbolçuların adları qabardılır, o futbolçu, bu futbolçu. Yaxşı olardı ki, o fubtolçuların "Zirə"yə gəldiyi vaxtdakı durumu təhlil olunsun. Əslində bu şeylərin içində böyüyən biriyəm. Demək ki, ən uğurlu "Zirə" budur. Hər dönəmin öz "Zirə"si olub. Legioner limiti ləğv olunub, rəqiblərin hamısı bundan səmərəli istifadə edəcəklər. Bu sezon da uğursuz dönəm oldu, amma azarkeşlər yanımızda olub. Bu gün hər şey yaxşı alındı deyə, danışmaq rahatdır. Hər nəticəyə hazır olmalıyıq. Hər nəticə zamanı da duruşumuzu itirməməliyik. 

- Yeni sezon da süni örtüklü meydançaları olan Premyer Liqa klubları olacaq. "Karvan" və "İmişli"nin süni örtüklü meydançada oynayacağı gözlənilir...

Bu da aktual mövzudur. Çünki bəzi komandalarımız yaxşı, iddialı transferlər edirlər. Bizi sevindirir. Onların da yaxşı performans göstərməsi üçün şərtdir ki, meydanaça şəraiti yaxşı olsun. Tribuna, stadion bir-birini tamamlayır. Süni örtüklü meydanalar azalmalıdır. "Kəpəz"in meydançası var, "Turan Tovuz" təbii örtüyə keçə bilər. Süni örtüklü meydançaları futbolumuzdan yox etməliyik. İstər əsas komandalar, istər akademiyalar süni örtükdən çıxmalıdır. Futbolumuzun inkişafına mane olur. Usta futbolçular süni örtüklü meydançada ehtiyat edirlər. Təbii olaraq belədir. Bizim özümüzdə Yusuf Laval ustalığını bilirik, Portuqaliyadan gətirmişik. Əzələ əməliyyatı ilə qarşılaşdıq. "Turan Tovuz"da Denis Marandiçinin zədəsi. Növbəti dəfə qorxa-qorxa oynayırlar.  Bunu birlikdə həll etməliyik. Hamısına vəsait lazımdır. AFFA bu yöndə işlər görür, istəyir ki, bütün komandalar təbii örtüklüdə çıxış etsin. İnanıram ki, yaxın illərdə süni örtükdən qurtulacağıq.

- "Qarabağ"dan sonra ən çox qol vuran komanda "Zirə"dir. Bu mövsüm özünüzü necə tənqid edərdiz?

Həmişə təhlil edirik. Qələbə qazananda da axtarırıq ki, hansı dəqiqədə nəyi düzgün etmədik. Avrokuboklarda 2-3 uğurlu çıxışdan sonra komandada eniş yaşandı. Məni narahat edən o idi ki, eniş nə ilə bağlıdır. Komanda mübarizə aparırdı. Amma mental hazırlıqda eniş var idi. O mərhələni keçdik. Amma onu təhlil edirik. Əvvəlki illərdə qış fasləsindən sonra komandada eniş olurdu. Bu dəfə bəzi məqamlara diqqət yetirdik ki, eniş olmasın. Təhlillərin, məşqlərin sayını artırdıq. İkinci yeri tutmağımızda həlledici məqam 3-cü dövrəni uğurlu keçirməyimiz oldu. Uğurlu olursansa, rəqiblərə də təsir edir. 3-cü və 4-cü dövrədə bəzi matçlara uğursuz başlayırdıq.

- Tyaqo Silvanın durumu necədir? Aydın Bayramovun daha çox şans qazanması, onun psixoloji durumuna nə yöndə təsir edir?

Tyaqonun psixoloji durumunda eniş var. Onunla təklikdə görüşlərimiz çox olub. Hər zaman demişik ki, "1 nömrəli" qapıçımız sənsən. Bu gün onu oynatmaq istəyirəm, amma yerli məsələsi var. Çox istəyərdik ki, növbəti matçlarda qapıda Tyaqo dayansın. O, bizim üçün dəyərlidir. Bəzən elə vəziyyətlər yaranır, istəmədən qərarlar verirsən. Amma Aydını da qazandıq. 30 uğurlu oyun keçirib. Biri var 7-8-ci yerlərdə olan komandadasan. Biri də var, 2-ci yeri tutan komandada qapıda dayanırsan. Növbəti mövsümdə sağlam rəqabət olacaq. Hər bir mövqedə rəqabət var. Hansısa oyunçuda eniş varsa, dərhal həmlə edirik. Bizim üçün komandada əvəzolunmaz futbolçu yoxdur. Futbolçularımız qəbul edir, anlayır. Ən yaxşısını edirlər. Ola bilər ki, bu gün formada deyilsən, yerinə başqa oyunçu oynayacaq.

- Çempionlar Liqasıın yarımfinal matçlarından sonra bu deyim zarafat çevrilib ki, finalda gürcü, rus, erməni, iranlı oynayır, amma biz yoxuq. Bizim ömrümüz yetəcək ki, nə vaxtsa bir azərbaycanlını finalda görək?
-Yetəcək. Amma işlər qaydasında getsə. Bu gün onların finalda olub, bizim olmamağımız buraxdığımız müəyyən səhvlərin nəticəsidir. O yaş dönəmində vaxt olub ki, hamı ilə başabaş mübarizə aparmışıq. Onlar ÇL-in finalında oynayır, biz Azərbaycandan kənara çıxa bilmirik. Kim deyirsə ki, futbolçu yoxdur bizdə, Azərbaycan futbolunun düşmənidir. Bizdə hər zaman futbolçu olub. Yetişdirib, onları inkişaf etdirmək lazımdır. Biz qollarımızı çırmalasaq, hamı öz işi ilə düzgün məşğul olsa, illər sonra bizim futbolçularımız da Avropada çıxış edəcək. Aşağı yaş qruplarından başlamalıyıq, düzgün işlər görməliyik. Xəyal Əliyev ("Sabah") çıxdı da Azərbaycan futbolundan. İstedadlı oyunçularımız Gürcüstan və Ermənsitandakından daha çoxdur.

- Düzgün inkişaf nədir?

- Uzun məsələdir. Aşağı yaş qruplarından başlamalıyıq. Məşqçilər, uşaqlar, məşqçilərə yaradılacaq şərait. Cürbəcür yolları var inkişafın. AFFA rəhbərliyi o yöndə işlər görür. Yaxın günlərdə o işlərin icrası başlayacaq. 6-7 il sonra bəhrəsini görəcəyik. Heyif bizim istedadlı oyunçularımızdan. Son 10 ildə 50 istedadlı oyunçu olub, Avropada oynamağa layiq idilər. Amma bəzi işlər doğru görülmədi.

Mirbağırağa 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 May 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see184

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri