Rəşad Sadıqov: “Zədələr məni o qədər yorub ki...”
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Zirə" Misli Premyer Liqasının VII turunda doğma meydanda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Olduqca ağır oyun keçdi. Üç həftə idi matça hazırlaşırdıq. Hər zaman futbolçulara deyirdik ki, gərgin və yorucu oyun olacaq. Elə də oldu. Birinci hissə bizim üçün uğurlu keçdi. Yaxşı epizodlardan istifadə edə bilmədik. İkinci hissədə rəqib uzaqdan zərbə vurdu. Ona qol epizodu da demək olmur. Ondan sonra hesabı bərabərləşdirdik. Yaxşı hücumlarımız var idi. Təəssüf ki, ikinci qolu vura bilmədik. Bu periodda ağır çətinliklər içərisində xal qazanmaq asan deyildi. Şükürlər olsun ki, ən azı 1 xal qazandıq.
- Milli fasilə sizə xeyir verdi?
- Təəssüf ki, bəzi oyunçularımız zədələndi. İssa Cibrilla və Quima sıradan çıxdı. İki həftədir ki, Papunaşvilinin temperaturu var idi. Hadisələr üst-üstə gəlir. Danışdıqca daha çox olur. Papunaşvili bir məşq edib, Eren Aydın da. Məndən olsa, meydana buraxmazdım. Leqbonun da zədədən sonra ilk oyunu idi. Meydana buraxacaq oyunçu yox idi. Tendensiya davam edir. Qapımıza bir zərbə gəldi, o da qol oldu.
- Futbolçularınızın zədələnməsini nə ilə əlaqələndirirsiniz?
- Leqbonun çiyni çıxdı. Papunaşvili iki həftədir yatır. Cibrillanı Tovuzda 60-cı dəqiqədə dəyişdim ki, yorulmuşdu. Millidə zədələndi. Ktatunun sümüyü qırıldı. Qəribə hadisələr çox baş verir. Ardıcıl dörd ağır oyun keçirdik. Belə oyunlar oynadıqda problemlər yaşayırsan. Bəlkə də çətin qrafikdə həmin hadisələr üst-üstə gəldi. Edəcək bir şey yoxdur. Çalışacağıq ki, sağlam futbolçularla nəsə yaradaq. Məcbur sistemi dəyişirik, başqa şeylər fikirləşirik. Leqbonu sol müdafiəçi kimi düşünürdük, Bayereni isə hücumda. Amma Leqbonu məcburiyyətdən önə atdıq.
- "Zirə" 6 oyuna 10 xal qazandı. Fasilədən sonra stabil nəticələr qazanacağınızı düşünmək olardı. "Şamaxı" qarşısında 2 xal itirildi. Növbəti turda ağır Gəncə səfəri var...
- Doğrudur. Biz də düşünürük ki, evdəki oyunlardan maksimum nəticə ilə ayrılmaq lazımdır. Amma rəqibləri bölmək olmur. "Şamaxı" da bu oyuna qədər gücünü göstərmişdi. Gəncədə isə bizi dolu tribuna qarşısında nələrin gözlədiyini bilirik. İstəmədiyim durumdayıq. Mövsümün əvvəlində başqa şeylərə hazırlaşmışdıq, amma başqa şeylər görürük. 8-9 zədəli futbolçumuz var.
- Anar Nəzirovun durumu nə yerdədir? Ondan istifadə etmək istəyirsiniz?
- Anar karyerasını bitirmək istəyirdi. O, bu mövsüm üçüncü və köməkçi qapıçı profilindədir.
- İssa Cibrillanın durumu nə yerdədir?
- Zədələr məni o qədər yorub ki... İssa mesaj göndərəndə ki, zədələnmişəm, bilmədim nə fikirləşim. Çox yaxşı futbolçudur, istədiyimiz futbolçulardandır. Görünən odur ki, 2-3 həftə olmayacaq.
- Sabiq qapıçınız Tyaqo Silvanın atdığı addımı necə şərh edərdiniz? "Zirə" kimi iddialı komandada "bir nömrə" idi, müqaviləni artırmaq istəmədi, sonda isə autsayder komanda olan "Şəfa"ya keçdi...
- Silva həm azarkeşlərin, həm də məşqçi heyətinin sevdiyi oyunçulardan idi. Ötən mövsümün bitməsinə 1-2 ay qalmış ona müqavilə təklif etmişdik. Gedənə qədər necə oldusa, imzalaya bilmədik. Bir az da düşünmək istədi. Biz də bildirdik ki, avrokuboklara hazırlaşırıq. 2-3 həftə vaxt istədi. Onu da başa düşürəm. Bəlkə daha yaxşı təklifləri var idi. Amma istəmirdik ki, bizdən ayrılsın. "Şəfa" kimi yaxşı komandaya keçib. Ona uğurlar arzulayıram.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 10 Oktyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















