Icma.az
close
up
RU
Rəşadətli ordumuzun qəhrəmanlıq salnaməsi

Rəşadətli ordumuzun qəhrəmanlıq salnaməsi

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrını həm böyük kədər, həm də böyük qürur hissi ilə xatırlayır. Bu gün Vətənimizin bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Anım Günü, əslində, Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etdiyi, millətin öz taleyini özü müəyyən etdiyi bir mərhələnin başlanğıcıdır. Cənab Prezident İlham Əliyev 2023-cü ilin Anım Günü münasibətilə xalqa müraciətində demişdi: “Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Biz onların qanını yerdə qoymadıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.”

XX əsrin sonlarından başlayaraq Ermənistanın işğalçı siyasəti Azərbaycan xalqına ağır faciələr yaşatdı. 1988-ci ildən soydaşlarımız öz tarixi torpaqlarından qovuldu, Xocalıda soyqırımı törədildi, 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrildi. BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in vasitəçilik missiyası nəticə vermədi. Cənab Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaqdı. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt buna razı olmayacağıq. Əgər Ermənistan torpaqlarımızdan çıxmasa, biz onları güc yolu ilə çıxaracağıq.” 27 sentyabr 2020-ci il məhz bu tarixi qərarın başlanğıc nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi və 44 gün ərzində düşməni torpaqlarımızdan qovdu. Müharibənin hər günü Azərbaycan əsgərinin qəhrəmanlığı ilə yadda qaldı. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı və nəhayət, Şuşa – bu şəhərlərin azad edilməsi xalqımızın ruhunda əbədi silinməz iz buraxdı. Şuşanın azad edilməsi isə Zəfərin zirvəsi oldu. 8 noyabrda Ali Baş Komandan xalqa tarixi müjdəni verdi. 10 noyabrda Ermənistan kapitulyasiya aktına imza atdı və beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Prezident İlham Əliyev həmin gün bildirmişdi: “Biz bu Qələbəni gücümüz, iradəmiz, birliyimiz hesabına qazandıq. Azərbaycan xalqı öz tarixi missiyasını şərəflə yerinə yetirdi.” Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə təsadüfi deyildi. Bu, illərlə düşünülmüş siyasətin, dövlətin gücləndirilməsi yolunda görülən işlərin nəticəsi idi. Güclü iqtisadiyyat, müasir texnologiyalarla təchiz olunmuş ordu, ən əsası isə xalqın və dövlətin birliyi qələbəni şərtləndirdi. Xüsusi qeyd olunmalıdır ki, beynəlxalq müstəvidə də Azərbaycan öz haqq işini sübut edə bildi. Dövlət başçısı İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr, diplomatik addımlar haqq səsimizin dünyaya çatdırılmasında mühüm rol oynadı.

27 sentyabr Anım Günü, ilk növbədə, şəhidlərimizin ruhuna ehtiramın təcəssümüdür. Dövlətin bu günü təsis etməsi onların qəhrəmanlığının gələcək nəsillərə ötürülməsinə xidmət edir. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidlərinin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onlar Azərbaycanın qəhrəmanlıq salnaməsini yazıblar.” Şəhid ailələri və qazilər dövlətin xüsusi diqqəti ilə əhatə olunublar. Onların sosial təminatı, tibbi xidmətləri, mənzillə və işlə təmin olunmaları artıq dövlət siyasətinin əsas prioritetlərindəndir. 27 Sentyabr – Anım Günü Azərbaycan xalqı üçün həm hüzn, həm də fəxr günü, qalib xalqın yaddaş günüdür. Bu gün biz şəhidlərimizi yad edərək, onların bizə bəxş etdikləri Qələbəni uca tutur, dövlətimizin gələcəyinə daha inamla baxırıq. Azərbaycan artıq qalib dövlətdir. Bu qalibiyyətin əsasında şəhidlərin qanı, xalqın iradəsi və dövlətin gücü dayanır. Ona görə də 27 sentyabr həm tarix, həm yaddaş, həm də gələcək yolumuz üçün mühüm mənəvi dayağa çevrilib.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri