Icma.az
close
up
RU
Rəşadətli Ordumuzun 44 günə yazdığı şanlı tarix 27 Sentyabr

Rəşadətli Ordumuzun 44 günə yazdığı şanlı tarix 27 Sentyabr

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan xalqının tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsinin başlanmasından artıq 6 il ötür. 2020- ci il sentyabrın 27-də Ermənistan tərəfinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına start verdi. Azərbaycan Silahlı Qüvvələrinin yüksək hazırlıq səviyyəsi Ermənistanın bütün planlarını alt-üst etdi. Düşmənin cəbhə xəttində törətdiyi növbəti təxribatdan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyev əks hücum əmrini verdi. Qəhraman Azərbaycan ordusu cəmi 44 günə işğalçı düşmənin silahlı birləşmələrini darmadağın edərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi. Ölkə prezidenti Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsindən əvvəlki dövrdə hər zaman qeyd edirdi ki, Azərbaycan torpaqları son qarışınadək düşmən işğalından azad ediləcək. Müzəffər Ali Baş Komandan dedi və dediyini də tam qətiyyətlə yerinə yetirdi. Bu qüdrətli ordumuzun 44 günə yazdığı şanlı tarix idi. Azərbaycan əsgərləri döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərdilər.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi.

Bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüşdə sübuta yetirdilər. Ordumuz 3000-dən çox şəhid verdi. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü.

Bu gün biz tərtərlilərdə 44 günlük Vətən müharibəsinin şahidi və iştirakçısı olaraq Allahdan Şəhidləriməzə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Daima Dövlətimizin yanındayıq. Qarabağ Azərbaycandır!

Əli Əzimov 

YAP Tərtər rayon təşkilatı Mamırlı ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Sentyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri