Icma.az
close
up
RU
Rəşid Məmmədəliyev: “Düşünürdüm ki, itirəcəyim nəsə yoxdur, həzz almalıyam”

Rəşid Məmmədəliyev: “Düşünürdüm ki, itirəcəyim nəsə yoxdur, həzz almalıyam”

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Yarışın ab-havası çox yaxşı idi”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin cüdoçusu Rəşid Məmmədəliyev deyib.

O, Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında çıxışını dəyərləndirib. 73 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəliyev bildirib ki, son anda heyətə daxil edilməsi ona heç bir çətinlik yaratmayıb: “Həm müəllimlərin, həm tibbi heyətin, həm də komanda yoldaşlarımın dəstəyi ilə yarışdan öncə çəki salmaq mənə rahat oldu. Yarışa gedəcəyimi son anda bilmək nəinki çətinlik yaratdı, əksinə, müsbət təsir göstərdi. Fikrimcə, bir ay öncədən biləndə ki, yarışda çıxış edəcəksən, bu adamı lap çox stressə salır. Ancaq bunu son anda bilmək məni bu sıxıntıdan xilas etdi. Düşünürdüm ki, itirəcəyim nəsə yoxdur, yarışdan maksimum həzz almalıyam”.

Onun sözlərinə görə, ən çətin görüşləri 1/8 final mərhələsindən sonra başlayıb: “1/4 finalda fransalı Joan-Benjamin Qaba və yarımfinalda Danil Lavrentevlə görüşlər asan keçmədi. Hər ikisi çox təcrübəli idi. Ümumi rəqibləri dəyərləndirsəm, bəziləri ilə bundan öncəki yarışlarda qarşılaşmışdım. Digərlərini isə bundan öncəki yarışlarına baxıb analiz etmişəm. Həmin nəticələrə əsasən qurduğumuz plana uyğun olaraq güləşməyə çalışdım”.

Cüdoçu Olimpiya çempionları Elnur Məmmədli və Hidayət Heydərovun onu dəstəkləməsinin əhəmiyyətini də vurğulayıb: “Görüşlər zamanı həm müəllimlərin, həm də tribunadan Olimpiya çempionlarımızın dediklərinə qulaq asır, çalışırdım ki, buna uyğun güləşim. Çünki onların təcrübəsi məndən daha çoxdur. Tribunada məni dəstəkləyənlərin olması böyük motivasiya oldu. Bu amil nailliyyət qazanmağıma kömək etdi”.

Qeyd edək ki, Rəşid Məmmədəliyev Hidayət Heydərov xəstələndiyi üçün son anda millinin heyətinə cəlb olunmuşdu.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Aprel 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri