Icma.az
close
up
RU
Rəsm fənni üzrə apellyasiyaya müraciət etmək istəyənlərin NƏZƏRİNƏ!

Rəsm fənni üzrə apellyasiyaya müraciət etmək istəyənlərin NƏZƏRİNƏ!

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Təsviri sənət istiqamətinin Təsviri incəsənət müəllimliyi (13) komissiyası üzrə imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23 iyul 2025-ci il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə nömrəsinə zəng olunacaq. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 iyul saat 10:00-dan 22 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər.

DİM-dən Redaktor.az-a verilən məlumata görə, Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər imtahan nəticələri, “tapşırıq çəkilmiş rəsm vərəqi”nin fotosurəti, yerinə yetirilən tapşırıq üzrə qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. Elektron ərizədə çəkilmiş rəsmlə bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı və ya 13-cü komissiya ilə bağlı müraciət olmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır, onun üçün apellyasiya prosesi təşkil olunmur.

Əvvəlki illərin təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların əhəmiyyətli bir hissəsi qiymətin yenidən araşdırılması ilə bağlı komissiyaya müraciət etsələr də, ünsiyyət zamanı qiymətlərindən razı olduqlarını bildirir, komissiya üzvlərindən bu və ya digər səbəblə əlaqədar onlara güzəşt edilməsini xahiş edirlər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmır. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir.

Muraciətlərə telefon əlaqəsi vasitəsilə baxılır. Bir abituriyentin müraciəti üzrə 10 dəqiqə müzakirə aparılması nəzərdə tutulub. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Elektron ərizələrindəki əlaqə nömrəsi aktiv olmadıqda, daxil olan zəngə cavab verilmədikdə müraciətə abituriyentin iştirakı olmadan baxılır. Əlaqə yaradılmasından imtina edən abituriyentlər üçün ikinci dəfə komissiya yaradılması nəzərdə tutulmur.

Qeyd edək ki, apellyasiya prosesinin qaydalara uyğun təşkilinə dair daxili nəzarəti həyata keçirmək məqsədilə namizədlərin komissiya üzvləri ilə danışığının səsyazısı aparılır.

Təsviri sənət istiqamətinin digər komissiyaları üzrə apellyasiyalar imtahandan sonrakı günlərdə imtahan keçirilən binada təşkil edilir. Apellyasiyanın tarixi, saatı və apellyasiyası təşkil edilən komissiya, fənn barədə məlumat DİM-in rəsmi saytında (həm xəbər kimi, həm də qabiliyyət imtahanları ilə bağlı təqvimdə), imtahan binasının girişində vurulmuş elanda verilir.

Qeyd: Müvafiq qabiliyyət imtahanı komissiyaları üzrə yalnız elan edilən tarixdə apellyasiya müraciətləri qəbul olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyul 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri