Rəsmi Ankara: Ərdoğanın Ermənistana 10 milyon dollar yardım göstərəcəyinə dair iddialar dezinformasiyadır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rəsmi Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ehtiyacı olan şəxslərə 10 milyon dollarlıq maddi yardım göstərəcəyinə dair xəbərləri əsassız adlandırıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi məlumat yayıb.
Bildirilib ki, Ermənistana 10 milyon dollarlıq yardımla bağlı iddialar dezinformasiyadır.
“Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın “Ermənistanda ölən əsgərlərin ailələrinə və ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı fərman imzaladığı” iddiaları tamamilə əsassızdır.
İctimaiyyətin ölkəmizi və Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara etibar etməmələri, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə almasını vacib hesab edirik”, - açıqlamada qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 27 Yanvar 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















