Rəsmi Bakı ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbini açıqlayıb
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi bilinib.
XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-ya bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bölgəyə səfəri Azərbaycan Respublikasından başlamalı idi.
"Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır", - XİN rəsmisi vurğulayıb.

Roskosmos astronavtların Aya uçuşlarının təxirə salınmasının səbəbini açıqlayıb Doğru Xəbərlər
28 Noyabr 2024 13:52
İsrail prezidentinin Azərbaycana səfərinin təxirə salınması təsdiqlənib
18 Noyabr 2024 10:51
ATƏT sədri Azərbaycana gəlir
10 Oktyabr 2025 14:02
Prezident İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum olub
07 May 2025 20:38
İrəvan rəsmi Bakı ilə ATƏT in Minsk qrupunun buraxılmasını müzakirə etdiyini açıqlayıb
21 İyul 2025 14:24

