Rəsmi Bakı Ermənistanın normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyir
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli müzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası istiqaməti daxil olmaqla normallaşma prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər.
APA xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında bildirib.
"İndiki məqamda, Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik", - o qeyd edib.

Ermənistanın sürətlə silahlanması... Rəsmi Bakı
28 Dekabr 2024 16:29
Rəsmi Bakı Ermənistanın məsuliyyətə cəlb edilməsini tələb edir
04 Aprel 2025 12:57
Ermənistanın əsas kuratoru Fransadır
12 Dekabr 2024 15:45
Rəsmi Bakı: Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneə olaraq qalmaqda davam edir
28 Dekabr 2024 16:13
“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”
26 Dekabr 2024 19:16

