Icma.az
close
up
RU
“Minsk Qrupunun ləğvi sülh prosesində əsas maneəni aradan qaldırdı” Xəyal Bəşirov

“Minsk Qrupunun ləğvi sülh prosesində əsas maneəni aradan qaldırdı” Xəyal Bəşirov

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“ATƏT-in Minsk Qrupunun bütün təmsilçiliklərinin ləğv edilməsi qərarı əslində keçmiş Qarabağ münaqişəsinin de-yure olaraq tarixə qoşulması deməkdir. Azərbaycan tərəfinin çalışdığı və əsas mübarizə apardığı məsələlərdən biri də məhz post-münaqişə dövründə bu idi”.

Bunu Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib:

“ATƏT-in Minsk Qrupu faktiki olaraq keçmiş Qarabağ münaqişəsini tənzimləmək üçün yaradılmışdı. Əgər bu institut de-facto fəaliyyət göstərməsə də, de-yure mövcud idisə, bu da münaqişənin hələ də mövcudluğuna işarə edirdi. Münaqişə tarixə qoşulubsa və tərəflər — həm Azərbaycan, həm Ermənistan — münaqişənin həll olunduğunu bəyan edirlərsə, o halda niyə münaqişənin tənzimlənməsi üçün yaradılmış bir institut mövcud olmalıdır?

Təbii ki, bunun davam etməsi bəzi münaqişədən fayda götürmək istəyən qüvvələrin maraqlarından asılı idi.

Artıq biz buna nail olmuşuq. Azərbaycan Dövləti və Prezident İlham Əliyev, ölkə rəhbəri kimi, bu məsələni Vaşinqtonda gündəmə gətirərək, əslində ABŞ vasitəsilə Minsk Qrupunun ləğvinə nail olmağın ən düzgün yol olduğunu düşünürdü.

Çünki əgər biz bu məsələni digər həmsədr ölkələr — Rusiya və ya Fransa — vasitəsilə həll etməyə çalışsaydıq, nəticə fərqli olardı. Fransa ümumiyyətlə bu prosesə qarşı idi və sadəcə fakt qarşısında qalaraq qəbul etməyə məcbur oldu. Rusiya isə mövqe bildirsə də, onun bugünkü mövqeyi dünya tərəfindən qəbul edilmir. Hətta Avropada belə Rusiyanın Minsk Qrupunun ləğvi ilə bağlı mövqeyi tanınmayacaqdır.

Niyə? Çünki biz bu gün Rusiyanın özünün təcrid olunma prosesinin şahidiyik. Bu baxımdan düşünürəm ki, Azərbaycan Prezidenti illər ərzində — 17 il ərzində — keçmiş Qarabağ münaqişəsinin həllinə uyğun məqamı gözlədi.

Müharibədən sonra keçən 5 il ərzində isə məntiqi ardıcıllıqla sülh prosesini Ağ Evə daşıdı və günlərin birində siyasi və diplomatik addım ataraq Minsk Qrupunun ləğv edilməsini ABŞ və onun Prezidenti Donald Trumpın şahidliyi və iştirakı ilə bəyan etdi. Bu, məsələnin bu qədər operativ şəkildə həll polunmasına imkan verdi”.

Politoloq hesab edir ki, başqa halda biz bu nəticəyə real müstəvidə, bu qədər qısa müddətdə nail ola bilməzdik:

“Bunu reallıq kimi qəbul etmək lazımdır. Amma bundan sonra sülhə mane olan bütün məsələlər demək olar ki, arxada qalıb. Yalnız bir məsələ qalır: Ermənistan tərəfinin konstitusional əsaslarla Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini təmin edəcək konstitusional dəyişiklik.

Bu dəyişikliklə bağlı məsələ artıq açıq şəkildə Ermənistan tərəfinə çatdırılıb və bu, Ermənistan Baş Nazirinin səviyyəsində də qəbul edilib. Prosedurların başlanması ilə bağlı öhdəlik isə Ermənistan tərəfi üzərinə götürüb.
Mən düşünürəm ki, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, Azərbaycanla Ermənistan arasında keçmiş münaqişənin legitimləşdirilməsi və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılmış ən uğurlu addımlardan biridir”.

Xəyal Bəşirov qeyd edib ki, bu addımı 44 günlük müharibədə Azərbaycan Ordusunun döyüş meydanında düşməni məğlub etməsi ilə, daha doğrusu 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin təmin olunması və siyasi mövqelərinin razılaşdırılması ilə eyni səviyyədə qiymətləndirmək olar.

O, vurğulayıb ki, indi artıq nə Ermənistan, nə də ona havadarlıq edən qüvvələr hansısa institutdan və ya digər bəhanələrdən istifadə edə bilməyəcək.

“ATƏT-in Minsk Qrupunun ləğvi əsas manelərdən birini aradan qaldırdı və bu gün biz Cənubi Qafqazda Ermənistanla sülhə heç vaxt bu qədər yaxın olmamışıq”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Sentyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri