Rəsmi Bakı: Polşa Prezidentinin binokl şousu”nda iştirak etməsindən təəssüflənirik FOTO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Azərbaycan Xarici işlər Nazirliyi (XİN) Ermənistan səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-in “X” platformasındakı paylaşımında bildirilib.
“Azərbaycanın rəsmi olaraq "strateji tərəfdaşı" olan ölkə prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu”nda iştirak etməsindən çox təəssüflənirik. Azərbaycan bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Ermənistanda səfərdə olan Polşa prezidenti Anjey Duda Naxçıvanla sərhəddə yerləşən Arazdəyən qəsəbəsində olub və Ermənistanda yerləşən Aİ müşahidəçiləri ilə birgə patrul xidməti həyata keçirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















