Rəsmi Bakıdan Cəbrayıldakı mina partlayışına reaksiya
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Müharibənin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb”
Cəbrayıl rayonunda ata və oğlu mina partlayışı nəticəsində ağır xəsarət alıb. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində 2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb.
“Hadisə minaların yaratdığı ölümcül və ayrı-seçici təhlükəni bir daha nümayiş etdirir. Minalar hələ də günahsız insanların həyatına son qoyur və ağır xəsarətlərə səbəb olur”, - məlumatda vurğulanıb.
Azərbaycan minaların yaratdığı davamlı təhlükəni pisləyib və ölkədə minatəmizləmə fəaliyyətinə beynəlxalq diqqətin artırılmasına çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 08 Oktyabr 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















