Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Rəsmi İrəvanın “məcburi köçkün” iddiasına cavab

Rəsmi İrəvanın “məcburi köçkün” iddiasına cavab

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Qarabağ ermənilərinə pasport və vətəndaşlığı kim verib?

Həmin ermənilərin qaçqın və ya məcburi köçkün adlandırılmasının heç bir əsası yoxdur

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması gündəmin əsas mövzularından biridir. Məlumdur ki, ötən ay tərəflər arasında sülh sazişinin mətni tam razılaşdırılıb. Bundan sonrakı mərhələdə gözlənti ondan ibarətdir ki, Ermənistan həqiqətən sülh tərəfdarıdırsa, öz konstitusiyasında, eləcə də digər hüquqi sənədlərdə Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalı və ATƏT-nin Minsk qrupunun ləğvinə razılıq verməlidir. Lakin erməni tərəfi sülhə maraqlı olmadığını nümayiş etdirir.

Çünki Ermənistanın sülh prosesinə münasibəti adekvat deyil. Sülh sazişi üzrə mətnin tam razılaşdırılmasından sonra Ermənistanın hərbi birləşmələri tərəfindən şərti sərhəddə ordumuzun mövqelərinin atəşə tutulması ənənəvi erməni xislətindən xəbər verir. Erməni tərəfi mütəmadi olaraq  təxribatlar törətməklə bölgədə gərginlik yaratmağa çalışır.

Ermənistan çoxsaylı müharibə cinayətləri törədib

Digər tərəfdən,  rəsmi İrəvan Qarabağdan könüllü surətdə Ermənistana köçən ermənilərdən də öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır, guya onların deportasiya olunduqlarını iddia edirlər və s. Amma bu iddiaların heç bir əsası yoxdur. Məlumdur ki, Ermənistan 30 illik işğal dövründə çoxlu sayda müharibə cinayətləri edib, dinc insanlara qarşı qətliamlar törədib. Azərbaycan isə hər zaman müharibə qaydalarına əməl edib, mülki insanları və infrastrukturu hədəfə almayıb. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərində də belə oldu. Antiterror tədbirləri çox peşəkarlıqla aparıldı və yalnız legitim hərbi hədəflər məhv edildi. Bu tədbir zamanı mülki əhali və obyektlər heç bir zərər görmədi. Bu, bir daha dövlətimizin humanizm siyasətinə sədaqətindən xəbər verən amillərdəndir.

Xatırladaq ki, antiterror tədbirləri başlayan gün - sentyabrın 19-da yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq, Azərbaycan Müdafiə Nazirliyi Qarabağ ermənilərinə müraciət edərək  mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı. “Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır”, - deyə nazirliyin müraciətində bildirilirdi. Həmçinin qeyd olunmuşdu ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı. Bu faktlar humanizmin növbəti göstəricisi idi. Antiterror tədbirlərindən dərhal sonra dövlətimiz bölgəyə humanitar yardımlar göndərdi. Bu yardımlara ərzaq, qida məhsulları ilə yanaşı həyati əhəmiyyət kəsb edən yanacaq məhsulları da çatdırıldı.

David Babayanın etirafları rəsmi İrəvanı ifşa etdi

Antiterror tədbirlərindən sonra Yevlax şəhərində Qarabağın erməni icmasının nümayəndələri ilə bir neçə görüş də keçirildi və onlara reinteqrasiya təklif olundu. Amma Qarabağ erməniləri könüllü surətdə Ermənistana köçməyi üstün tutdular. Sonradan onlar bu addımı Ermənistan hakimiyyətinin və separatçı rejimin rəhbərliyinin “tövsiyəsi” ilə atdıqlarını etiraf etdilər. Belə olan halda bugünlər bu ölkənin Xarici İşlər Nazirliyinin yenidən Qarabağ ermənilərini “qaçqın” və ya “məcburi köçkün” adlandırması və onların “qayıdış hüququndan” bəhs etməsi qəbulolunmazdır. Üstəlik, vaxtilə Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” olmuş David Babayanın Bakıda  məhkəmə prosesində bir etirafı rəsmi İrəvanı tam ifşa edir. Belə ki, D.Babayan etiraf edib ki, vaxtilə Ermənistanın işğalı altında olan suveren ərazilərimizdə məskunlaşmış erməni sakinlər Azərbaycana inteqrasiyaya qarşı olublar.

Babayanın sözlərinə görə, işğal dövründə Qarabağ ermənilərinə Ermənistan pasportu verilib. Hətta bəziləri “diplomatik” pasporta da sahib olublar. Yəni, o deməkdir ki, Ermənistan Qarabağdakı ermənilərə vətəndaşlıq verib. Məntiqlə, ermənilər vətəndaşları olduqları respublikaya qayıdıblar. Doğrudur, Ermənistanın işğal etdiyi torpaqlarımızda yaşayan ermənilərə pasport və ya vətəndaşlıq verməsi beynəlxalq hüquq normalarına ziddir. Amma onlar bu addımı atıblar. Belə olan halda, rəsmi İrəvanın indi həmin  erməniləri qaçqın-məcburi köçkün adlandırmağı nə dərəcədə doğrudur?

Çingiz Qənizadə: İrəvan beynəlxalq ictimaiyyəti aldatmağa çalışır

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə bildirib ki, David Babayanın məlum etirafı Ermənistanın əməllərinin ifşasıdır. Onun sözlərinə görə, bu ölkənin Xarici İşlər Nazirliyinin açıqlaması sadəcə, ictimai rəyi çaşdırmaq məqsədi daşıyır: “Bilirsiniz ki, Azərbaycan hökuməti həmişə Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab edirdi. Məsələ belə qoyulmuşdu ki, Qarabağ münaqişəsi başlayana qədər bu torpaqlarda yaşayan ermənilər bizim vətəndaşlar ola bilər. Əgər onlar bu barədə müvafiq sənədlər təqdim etsələr, digər vətəndaşlarımız kimi bütün hüquqlara sahib olacaqlar. İşğal dövründə Qarabağa qanunsuz köçən və ya köçürülən ermənilərə isə heç bir halda vətəndaşlıq verilə bilməz. Antiterror tədbirlərindən sonra Laçın postunda Ermənistana gedən ermənilər Qarabağdan könüllü surətdə köçdüklərini deyirdilər. Ona görə də, hər hansı etnik təmizləmədən, deportasiyadan söhbət gedə bilməz. Bu baxımdan, məhkəmədə Babayanın etirafı təsadüfi sayıla bilməz. Təəssüf ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistan hakimiyyəti vaxtaşırı olaraq belə yanlış, sülh prosesinə zərbə vuran açıqlamalar verir”.

Ç.Qənizadə hesab edir ki, Qarabağ erməniləri barədə açıqlamalar Ermənistanın ikili oyununun göstəricisidir. Ermənistan nümayəndələri Azərbaycanla rəsmi görüşlərdə Qarabağın bizim torpaq olduğunu etiraf edirlər, amma fürsət düşəndə beynəlxalq müstəvidə bu yöndə fərqli yanaşma ortaya qoyurlar. “Artıq Qarabağ mövzusu bağlanıb və müzakirə mövzusu olmamalıdır. Əgər  Qarabağda yaşamış ermənilərə Ermənistan pasportu verilibsə, yəni onlara Ermənistan vətəndaşlığı verilibsə, rəsmi İrəvan həmin vətəndaşlarının problemləri ilə məşğul olmalıdır. Yəqin ki, həmin ermənilərin də mütləq əksəriyyəti işğal dövründə qanunsuz olaraq Qarabağa köçürülüb. Ona görə də, bu məsələdə Ermənistanın iddiaları beynəlxalq hüquqa ziddir.  Sadəcə, bu gün rəsmi İrəvan bu mövzuda siyasi spekulyasiya edir və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”.

Ramil Həsən: Qərbi azərbaycanlılar Ermənistan vətəndaşları kimi doğma yurdlarında yaşamağa razıdır

Qeyd edək ki, erməni tərəfi bu mövzunu gündəmə gətirməklə Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışını arxa plana atmaq istəyir. Amma bu, mümkün deyil. Çünki həmin azərbaycanlıların tarixi torpaqlarına   qayıtması onların təməl hüquqlarındna biridir. Eyni zamanda, Qərbi azərbaycanlılar indiki Ermənistanın vətəndaşları kimi doğma yurdlarına qayıtmağa razıdırlar. Bu məqam Qayıdış Konsepsiyasında da əksini tapır. Çünki indiki Ermənistan tarixi torpaqlarımız olan həmin ərazilərdə yaradılıb. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsən qəzetimizə açıqlamasında soydaşlarımızın belə bir istəyinin olduğunu təsdiqləyib. R.Həsən bildirib ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Qayıdışın təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Onun sözlərinə görə, Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulması bu ölkənin üzərinə öz ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə  evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratması, onların hüquqlarının bərpası və qorunması üçün konkret öhdəliklər qoyur. Ermənistan Respublikası azərbaycanlı icmasının bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir. Bütün bunların reallaşması üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlanmalıdır. Yəni, biz Ermənistana qarşı ərazi iddiaları ilə çıxış etmirik, sadəcə doğma yurdlarımıza qayıdıb yaşamaq istəyirik.  İstənilən halda, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq toxunulmazdır”.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Aprel 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri