Icma.az
close
up
RU
Rəsmi Kiyev Krımın Rusiya ərazisi kimi tanınmasına dair yayılan xəbərlərə aydınlıq gətirib

Rəsmi Kiyev Krımın Rusiya ərazisi kimi tanınmasına dair yayılan xəbərlərə aydınlıq gətirib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev, 21 aprel, AZƏRTAC

Ukrayna müharibəni dayandırmaq üçün aparılan danışıqlarda tərəfdaşları ilə ərazi bütövlüyü məsələsini müzakirə etmir. Bu, Ukrayna Konstitusiyasına ziddir.

AZƏRTAC xəbər verir ki, bunu telemarafonun yayımında Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müşaviri Sergey Leşşenko söyləyib.

"İstər Səudiyyə Ərəbistanında, istərsə də Fransada keçirilən görüşlərdə iştirak edən bütün tərəflər açıq şəkildə deyirlər ki, Ukraynanın ərazi bütövlüyü məsələsi ümumiyyətlə müzakirə olunmur. Hətta, Ukrayna Konstitusiyasında da çoxlu qadağalar və məhdudiyyətlər var”, - deyə Leşşenko vurğulayıb.

Onun sözlərinə görə, oxşar şayiələr 10 il əvvəl də yayılıb. Xüsusilə, Donald Tramp da bu məsələ ilə bağlı çıxış edib.

"O vaxt, 2016-cı ilin yayında Tramp ilk prezidentlik müddətindən əvvəl də Krım sakinlərinin çoxunun Rusiyanın yanında olmaq istədiklərini demişdi. Bu bəyanatlar 10 il əvvəl mütəmadi olaraq eşidilirdi”, - deyə Leşşenko qeyd edib.

O bildirib ki, Trampın siyasi bəyanatları onun siyasətinin bir hissəsidir. Hətta onlar mediada yayılsa belə, bu o demək deyil ki, həyata keçiriləcək.

Xatırladaq ki, “Bloomberg” mənbələrə istinadla ABŞ-ın Krımın ilhaqını tanımaq barədə düşünə biləcəyini yazmışdı. Eyni zamanda, “The Wall Street Journal” daha sonra yazıb ki, Vaşinqton Kiyevin müvəqqəti işğal olunmuş Ukrayna yarımadası ilə bağlı bu cür fikirlərə reaksiyasını gözləyir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri