Rəsmi Moskva: Aİ rusiyalı diplomatların hərəkətini məhdudlaşdırmaq qərarına gələrsə, Rusiya adekvat cavab verəcək
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqı rusiyalı diplomatların hərəkətini məhdudlaşdırmaq qərarına gələrsə, Rusiya qaçılmaz olaraq adekvat cavab verəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov deyib.
Onun sözlərinə görə, rəsmi Moskva bu süjeti diqqətlə izləyir. "Rusiya diplomatlarının hərəkət azadlığının məhdudlaşdırılması təhlükəsini açıq qarşıdurma addımı hesab edirik", - Maslennikov bildirib.
Qeyd edək ki, “Politico” Çexiya XİN başçısına istinadən 19-cu sanksiyalar paketi çərçivəsində Avropa İttifaqının rusiyalı diplomatların Şengen zonasında sərbəst hərəkətini qadağan edə biləcəyi məlumatını yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 09 Sentyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















