Rəsmi Moskvadan İsrailin 51 il sonra yenidən Suriya torpağına girməsinə sərt reaksiya BMT TŞ toplanır
Icma.az bildirir, Mia.az portalına istinadən.
İsrail qüvvələrinin Suriyann Colan təpələrinin 51 il sonra geridə qalan hissəsini və iki ölkə arasındakı hərbi bazaları dünəndən başlayaraq işğal etməsi Rusiyanı qəzəbləndirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Rusiya BMT Təhlükəsizk Şurasından təcili toplantı tələb edib.
Məlumata görə, rəsmi Moskva Suriyada Əsəd rejiminin süqutundan sonra İsralin işğal faktını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının bu gün növbədənkənar təcili iclasının keçirilməsini istəyir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Dmitri Polyanski bildirib ki, İsrail və Suriya arasında atəşkəsin qorunması mühüm əhəmiyyət ksb edir: "İsrailin işğalı altında olan Colan təpələrini Suriyanın qalan hissəsindən ayıran bufer zonasına daxil olması qəbuledilməzdir. Prosesə 1973-cü ildən indyədək nəzarət edən BMT və onun Müşahidə Qüvvələri aydınlıq gətirməlidir".
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Dekabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















