Icma.az
close
up
RU
Rəsmi nikahı olmayanların NƏZƏRİNƏ: Boşanarkən bu halda aliment tələb edə bilərsiniz KONKRET

Rəsmi nikahı olmayanların NƏZƏRİNƏ: Boşanarkən bu halda aliment tələb edə bilərsiniz KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Rəsmi nikah müqaviləsi olmadan aliment almaq üçün əvvəlcə məhkəmədə atalığın müəyyən edilməsi ilə bağlı iddia qaldırılmalıdır”.

Bu fikiri KONKRET.az-a açıqlamasında hüquqşünas, ailə hüququ üzrə ixtisaslaşmış vəkil Elşad İsayev bildirib.

“Aydın məsələdir ki, rəsmi boşanma olduqda, uşaq kiminlə birgə qalırsa, digər valideyn ona aliment ödəyir. Əksər hallarda elə olur ki, uşaq birgə nikah dövründə dünyaya gəlir. Ancaq tərəflərin rəsmi nikahı olmur. Bu, vətəndaş nikahı və dini kəbin əsasında baş verir. Bəzən də bu nikahların heç biri olmur. Rəsmi nikah olmasa belə, tərəflər arasında ayrılıq baş verdikdə aliment tutulması üçün əsas yaranır. Bu halda tərəflər məhkəməyə müraciət edirlər. Məhkəmə bildirir ki, alimentin tutulması üçün rəsmi sənəd lazımdır. Əsasən bu tipli iddialarda birbaşa aliment məsələsi qaldırılmır. Məhkəmənin qərarı ilə iş üzrə ekspertiza təyin olunur. Ekspertiza isə iki formada aparılır: DNT və bioloji ekspertiza. Bioloji ekspertiza Bakıda keçirilir. Sidikdən, tüpürcəkdən alınır və atalıq müəyyənləşdirilir. Bioloji analiz 95-98%-lik nəticəni göstərir. DNT analinizin nəticəsi isə 99- 100% olur. Ekspertizanın nəticələrinə uyğun cavabdeh şəxsin uşağın atası olması müəyyən edilərsə, məhkəmə həm atalığı, həm də alimenti təsdiqləyir. Qeyd olunan qətnamə uşağın doğum haqqında şəhadətnaməsinin akt qeydləri kitabında dəyişikliklərin edilməsinə əsas verir. Beləliklə, şəhadətnamənin ataya dair məlumatlar bölümündə onun adı və soyadı qeyd olunur. Yəni həm atalıq, həm də aliment məsələsi həllini tapır.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri