Icma.az
close
up
RU
Rəsmi qurumlarda qəfil yoxlamalar? Antikorrupsiya əməliyyatları keçirilə bilər

Rəsmi qurumlarda qəfil yoxlamalar? Antikorrupsiya əməliyyatları keçirilə bilər

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaxtaşırı bir sıra rəsmi qurumlarda korrupsiya hallarına yol verilməsi ilə bağlı məlumatlar yayılır. Büdcə vəsaitlərindən düzgün istifadə edilməməsi, mənimsəmə halları aşkarlanır. İş o yerə çatır ki, sadəcə büdcəsi vəsaiti deyil, qurumlara beynəlxalq fondlardan verilən yardımlar, qrantlarda da korrupsiya yeminə çevrilir.

Globalinfo.az-ın bu mövzuda ötən gün araşdırmada yazısı hazırlayıb. Həmin araşdırmada Qaçqın və Məcburi Koçkünlərlə iş üzrə Dövlət Komitəsində baş verən mənimsəmə faktlarından söhbət açılır. Bu və eləcə də başqa proseslər göstərir ki, ciddi nəzarət və yoxlama mexanizmi olmalıdır.

Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Dövlət tərəfindən bu strukturlarda yoxlamalar hansı hallarda və əsasla keçirilə bilər?

Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, korrupsiya məsələsi hər dövlətin ciddi probelmlərindən biridir:

Tural Abbaslı

“Azərbaycanda da sosial-iqtisadi vəziyyətin ağırlaşmasının əsas səbəblərindən biri korrupsiyadır. Dövlətin müxtəlif strukturları büdcədən maliyyələşən, dövlətin verdiyi status sayəsində maliyyə çıxışı olan qurumları daim diqqətdə saxlamalıdır. Bunu Hesablama Palatası, xüsusi xidmət və hüquq mühafizə orqanları da edə bilər. Belə qurumlar da daim diqqətdə, nəzarətdə olduqlarını bilməlidirlər.

Azərbaycanda təəssüf ki korrupsiya faktları bir çox hallarda cəzasız qalır, yaxud da simvolik, cüzi cəzalarla təqibdən canlarını qurtarırlar. Bəzən də bir neçə il həbsdə yatmağa razı olur ki, oğurladığı milyonların yarısı onda o məmura qalsın. Bunu qarşısını almaq üçün qanunda mövcud olan boşluqlar aradan qaldırılmalıdır”.

Hüquqşünas Əkrəm Həsənov isə məsələyə belə münasibət bildirib:

Əkrəm Həsənov

“Korrupsiya problemləri yoxlamalarla həll olunmur. Çünki hamını yoxlamaq mümkündür. Digər tərəfdən yoxlayıcıların özləri bir qayda olaraq əksər hallarda elə korrupsionerlərdir. Olmasalar da onlara təkliflər edilir və çoxu davam gətirə bilmir. Ən saf insanlar belə vəzifəyə gəldikdə imkanları genişləndikdən sonra ən azı ailə, qohumların təzyiqi altında korrupsiyaya meyl edir. Hamı deyir, “əlinə şans keçib, əfəl olma, birdə belə fürsət ələ düşməyəcək”. Xanımı da deyir mən də istəyirəm geyinim, keçinim, xaricə gedib gəzim. Uşaqlar da maşın istəyir. Budur, reallıq. Sözügedən məsələ xarici təcrübələrə əsaslanır. Hamıya məlumdur ki, insan xüsusilə də maddiyat qarşısında zəifdir. Çox nadir insanlar korrupsiyadan uzaq olurlar. Bu da çox dərin dini inancı olan insanlara aiddir”.

Ə.Həsənovun sözlərinə görə, problemin qarşısını almağın yolu ictimai nəzarətdir:

“Çünki insanların hamısı pulgirdir. Yaxşı yaşamaq istəyir. Ona görə də hamıda paxıllıq var. Harda korrupsiya aşağıdırsa, orada ictimai nəzarət var. Bu necə qurulur? Birinci növbədə məmurların və ailə üzvlərinin gəlir və xərc bəyannaməsi məlum olur. Hər il onlar nə qədər maaş alıb, xərcləyir – bəyan edirlər. Çox olanda da sual yaranır ki, maaşından belə çox pulu hardan əldə edibsən?

Bütün dünya bu sistemdən keçir. Azərbaycan 2005-ci ildə bu sahədə qanun qəbul edib ki, bizim məmurlar da belə bəyannamə verəcək.19 il keçib, amma bəyannamə hələ də işləmir. Nazirlər Kabineti 19 ildir bəyannamənin formasını hazırlamır.

Paralel olaraq digər nüanslar da var. Belə ki, Azərbaycanda insanlarda daşınmaz əmlak xüsusi rola malikdir. Bütün daşınmaz əmlaklar dövlət reysterində qeydə alınır. Sivil olmayan ölkələrdə belə bu məlumat açıq formadadır. İnternetə daxil olub hansı əmlakın kimə məxsus olduğunu öyrənmək mümkündür. Bizdə isə bu informasiya ümumiyyətlə qapalıdır. Az qala dövlət sirri elan olunub”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri