Yasamaldakı bu bina şəhərin arxitekturasına nə qədər uyğundur? FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bayırşəhər ərazisində söküntü işlərinin getdiyi tarixi məhəllədə illər əvvəl tikilmiş hündürmərtəbəli bina yenidən müzakirəyə çıxıb.
Avtosfer.az xəbər verir ki, sözügedən çoxmərtəbəli tikili təxminən 20–25 il əvvəl aparılan plansız şəhərsalmanın nəticəsidir. Həmin dövrdə ərazidə memarlıq uyğunluğu və tikinti sıxlığı nəzərə alınmadığından bina tarixi məhəllənin tam ortasında “tənha” vəziyyətdə qalıb.
Hazırda ətrafdakı köhnə yaşayış evlərinin söküntüsü səbəbindən bina sıxlığın içində ilişib. Lakin qəzalı və istismar müddəti bitmiş tikililərin tam sökülməsindən sonra ərazidə geniş, açıq meydanın yaranacağı gözlənilir. Bu da binanın vizual olaraq daha açıq məkanda görünməsinə səbəb olacaq.
Mütəxəssislər bildirirlər ki, proses Bayırşəhərdə uzun illərdən bəri mövcud olan nizamsız tikintinin aradan qaldırılması və ərazinin memarlıq baxımından yenilənməsi üçün vacib addımdır. Bununla belə, sakinlər həmin binanın ümumi memarlıq ansamblına uyğun olmadığı qənaətindədir və gələcəkdə onun taleyi ilə bağlı hansı qərarın veriləcəyi hələlik məlum deyil.
Eltac
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 04 Dekabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















