Icma.az
close
up
RU
Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Gəncədə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş regional konfrans keçirilib

Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Gəncədə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş regional konfrans keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün qeyd olunması münasibətilə Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Gəncə şəhərində “Azərbaycanın müstəqillik salnaməsi: Suverenliyə aparan yol” mövzusunda regional konfrans təşkil olunub.

Azərbaycan Dövlət Aqrar Universitetinin binasında keçirilən tədbirə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, qərb regionu üzrə kurator Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun vitse-konsulu Yiğit Yalın Soyal, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev və digər rəsmi şəxslər qatılıblar.

Tədbirdə, həmçinin, Qərb bölgəsini əhatə edən Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl və Kəlbəcər rayonlarının Ağsaqqallar Şurasının nümayəndələri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər, eləcə də ali məktəblərin və bir sıra kolleclərin müəllim və tələbə heyəti iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Prezident İlham Əliyevin “2025-ci ilin Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı qərarının tarixi əhəmiyyətindən danışaraq, 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününü xalqımızın taleyində dönüş nöqtəsi kimi qiymətləndirib. Rektor, həmçinin, 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıqlardan, şəhidlərimizin, o cümlədən universitetin 30-dan çox şəhid məzununun xatirəsinin əbədi yaşadılmasından danışıb. Gənclərlə ağsaqqalların birliyinin ölkəmizin gələcəyi üçün vacib olduğunu vurğulayan Zəfər Qurbanov konfrans iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun vitse-konsulu Yiğit Yalın Soyal, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədri Eyvaz Hüseynov və digərləri müstəqilliyimizin bərpasının tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru, Əməkdar müəllim Həsənbala Sadıqov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün təminatçısıdır” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfransda çıxış edərək, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, ağsaqqallar və gənclərlə belə bir görüşün tarixi Gəncə şəhərində keçirilməsindən məmnunluğunu ifadə edib. O, iştirakçıları Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq 18 Oktyabr -Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bayram Yusifov qeyd edib ki, 1991-ci ildə xalqımızın arzusu reallığa çevrildi və Azərbaycan müstəqil dövlət oldu. Lakin bu müstəqilliyin qorunması və möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi nəticəsində mümkün oldu. Bugünkü qüdrətli Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi ilə regional gücə, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Natiq onu da qeyd edib ki, 15 oktyabr 2003-cü ildə Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən bu gün 22 il ötür və bu müddət ərzində Azərbaycan çoxsaylı uğurlara imza atıb. O, xalqımızın bu gün xoşbəxt olduğunu və gələcəkdə də dövlət başçısının rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacağına əminliyini ifadə edib.

Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədovun 88 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunması mərasimi də keçirilib. Bayram Yusifov döş nişanını təqdim edərək onu bütün ağsaqqallar adından təbrik edib, ona möhkəm can sağlığı və uğurlar arzulayıb.

Eyni zamanda Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini, 1-ci dərəcəli dövlət qulluqçusu Zabit Xəlilov və Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayev təşkilatın işində göstərdikləri aktiv fəaliyyətə görə “Fəxri Fərman”la təltif ediliblər.

Konfransdan sonra tədbir iştirakçıları Gəncə Memorial Kompleksini ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül dəstələri qoymuş və Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə şəhəri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri