Icma.az
close
up
RU
Respublika Perinatal Mərkəzində xəstələrin müalicə müddəti süni şəkildə uzadılıb MƏHKƏMƏ

Respublika Perinatal Mərkəzində xəstələrin müalicə müddəti süni şəkildə uzadılıb MƏHKƏMƏ

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Respublika Perinatal Mərkəzdə yanğınla bağlı keçirilən prosesdə mərkəzin sabiq direktoru, hadisə ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən Mehriban Abasquliyeva ötən prosesdə verdiyi ifadəsinin davamında bildirib ki, ondan əvvəlki direktorun vaxtında mərkəzdə xəstələrin müalicə müddəti süni şəkildə uzadılıb.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyeva söyləyib ki, sözügedən neqativ halların aradan qaldırılması üçün tədbirlər görüb:

"Mərkəzə direktor təyin ediləndən sonra dövlət büdcəsindən artıq vəsait xərclənməsinin qarşısını aldım. Məsələn, mərkəzdə müalicə edilən xəstəyə 10 gün lazım idi, amma bu süni şəkildə 20 günə qədər artılırdı. Mən təyin ediləndən sonra bu neqativ hallara son qoydum, bir xəstənin müalicə olunduğu müddətə iki xəstəni dövlət hesabına müalicə etmək mümkün idi".

Həmçinin Mehriban Abasquliyeva ifadəsində söyləyib ki, Perinatal Mərkəz TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən maliyyələşdirildiyi üçün büdcə ilə bağlı təkliflər verə bilməyib. O, bu səbəbdən mərkəzdə yararsız halda olan avadanlıqların şəxsi hesabına təmir edildiyini vurğulayıb:

"Mərkəzin qazanxanası yararsız halda idi, şəxsi hesabıma qazanxananı təmir etdirmişəm. Havalandırma sisteminin işləməməsi nəticəsində mərkəzdə karbon qazı artmışdı, bu da xəstələrin səhhətinə pis təsir edirdi. Biz mərkəzin havalandırma və kondisioner sistemini yeniləmişik. Mərkəzə 20 kiloqramlıq paltaryuyan və quruducu alınıb. Həmçinin Perinatal Mərkəzin dam örüyü yararsız vəziyyətdə idi, onu da təmir etdirmişik. Yararsız vəziyyətdə olan generatorları yenilənib. Mərkəzin fəaliyyətini daim təmin etmək üçün mən öz hesabımdan pul xərcləmişəm".

Mehriban Abasquliyevanın sözlərinə görə, onun aylıq əmək haqqı 6 min 549 manat olub, maaşının bir qismini mərkəzdə görülən işlərə xərcləyib:

"Mərkəzin binası istifadəyə verildikdən sonra onun yanğın-siqnalizasiya xidməti işləmirdi. Mərkəzin yanğın-siqnalizasiya sistemini dəyişdirmək üçün 50-60 min manat pul lazım idi. Mərkəzdə yanğın-siqalizasiya sisteminin və avtomatik yanğın söndürmə sisteminin olmaması barədə TƏBİB-ə məlumat vermişdim. TƏBİB-dən mənə bildirmişdilər ki, bu sistemin quraşdırılması üçün külli miqdarda pul lazımdır".

Proses martın 4-də davam edəcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Fevral 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri