Icma.az
close
up
RU
Rəssam soydaşımızın Xorvatiya uğuru

Rəssam soydaşımızın Xorvatiya uğuru

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Masallıda yaşayan rəssam Ehtiram Məmmədov beynəlxalq sərgilərdə artıq 4-cü mükafatını alıb. Xorvatiyada keçirilən sərgidə onun dünyada baş verən müharibələrin acı nəticələrini göstərən rəsmi mükafata layiq görülüb.

Qeyd edək ki, Azərbaycanın dilbər guşələrindən olan Masallıdan Nüsrət Fətullayev, Tələt Şıxəliyev, Fərahim Zeynalov, Rafael Əsədov kimi məşhur rəssamlar çıxıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü Ehtiram Məmmədov da ömrünü bütünlüklə təsviri sənətə həsr edənlərdəndir. Masallı şəhər 11 illik İncəsənət məktəbinin rəssamlıq şöbəsinin müəllimidir, eyni zamanda, “Öncəqala Xeyriyyə Cəmiyyəti”nə də sədrlik edir.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. İlk uğurunu 1982-ci ildə – 18 yaşında, 2-ci kursda təhsil aldığı zaman Bakı Çini Qablar Zavodunun sifarişi ilə Almaniyada keçiriləcək Azərbaycan Mədəniyyəti günlərinin sərgisi üçün hazırladığı kompozisiya ilə qazanıb. Daha sonra Bakıda təşkil olunan onlarla sərgidə rəsmləri nümayiş etdirilib.

2001-ci ildə 11 yaşlı oğlu Turalla Türkiyənin İzmir şəhərindəki sərgidə əsərləri maraqla qarşılanıb. ABŞ, Almaniya, Türkiyə, Filippin, Bosniya və Hersoqovina, eləcə də digər ölkələrdə milli incəsənətimizi layiqincə təmsil edib.

Əsasən kətan üzərində yağlı boya ilə işləyən Ehtiram Məmmədovun əsərlərini anlamaq üçün heç bir tərcüməçiyə ehtiyac yoxdur. Onun mövzuları, rəngləri və lövhələri rəssamın duyğu və düşüncələrini açıq ifadə edir. Ehtiram Məmmədovun portretlər qalereyasında xalq qəhrəmanı Koroğlunun, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun obrazları xüsusi yer tutur. Onun

“Şəhid anası”, “Tənha ev”, “Öncəqala yolu”, “Qəbələ payızı” “İstanbul sahilində”, “Masallı lövhələri” silsiləsindən olan tabloları realistliyi və ifadəliliyi ilə seçilir.

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Aprel 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri