Icma.az
close
up
RU
Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ KONKRET

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Restoran daxilində bəzək məqsədilə istifadə olunan materiallar da böyük əhəmiyyət daşıyır. Asan alışan dekorativ elementlər, sintetik örtüklər və yanğına davamlı olmayan materiallar yanğın zamanı alovun daha sürətlə yayılmasına səbəb olur”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib. Onun sözlərinə görə, təəssüf ki, bir çox hallarda yanğınlar gözlənilməz səbəblərdən deyil, elementar təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində baş verir:

“Ölkəmizdə restoranlar və ictimai iaşə obyektləri üçün yanğın və digər mümkün təhlükələrlə bağlı kifayət qədər aydın və məcburi tələblər mövcuddur. Bu tələblər obyektin layihələndirilməsindən başlayaraq gündəlik fəaliyyətinə qədər bütün mərhələləri əhatə edir”.

Mütəxəssis bildirib ki, hər bir restoran avtomatik yanğın siqnalizasiya sistemləri ilə təchiz olunmalıdır:

“Bu sistemlər tüstünü və alovu ilkin mərhələdə aşkar edərək həm işçiləri, həm də müştəriləri vaxtında xəbərdar etməlidir. Eyni zamanda obyektlərdə normaya uyğun sayda və işlək vəziyyətdə olan yanğınsöndürən balonların mövcudluğu məcburidir. Xüsusilə mətbəx sahəsində qaz, yağ və yüksək temperaturla işləyən zonalarda risk daha yüksək olduğundan əlavə qoruyucu tədbirlər görülməlidir. Yanğın hadisəsi baş verdiyi halda, ilkin müdaxilə üçün yanğınsöndürmə vasitələri hər zaman işlək vəziyyətdə saxlanılmalıdır”.

Ekspert onu da qeyd edib ki, digər kritik məsələ təxliyyə ilə bağlıdır:

“Restoranlarda ən azı iki müstəqil çıxış yolu olmalı, bu çıxışlar heç vaxt kilidlənməməli, daim açıq saxlanılmalı və əşyalarla tutulmamalıdır. Təcrübədə tez-tez rast gəlinir ki, əlavə masa, dekorasiya və ya anbar kimi istifadə olunan çıxış yolları fövqəladə hallarda insanların həyatını ciddi risk altına salır. Yanğın zamanı əsas təhlükə əksər hallarda alovdan çox tüstü və panikadır. Təxliyyə yolları düzgün təşkil olunmadıqda isə saniyələr ərzində faciəvi hadisələr baş verə bilər”.

O.Musayev əlavə edib ki, elektrik və qaz təsərrüfatı da yanğınların əsas səbəblərindəndir:

“Normaya uyğun olmayan elektrik naqilləri, həddindən artıq yüklənmiş xətlər və vaxtında yoxlanılmayan qaz avadanlıqları ciddi təhlükə yaradır. Bir çox yanğınlar məhz mətbəxdə köhnə və düzgün quraşdırılmamış sistemlərdən başlayır. Halbuki bu risklər mütəmadi texniki baxış və peşəkar nəzarət vasitəsilə asanlıqla aradan qaldırıla bilər. Restoran daxilində bəzək məqsədilə istifadə olunan materiallar da böyük əhəmiyyət daşıyır. Asan alışan dekorativ elementlər, sintetik örtüklər və yanğına davamlı olmayan materiallar yanğın zamanı alovun daha sürətlə yayılmasına səbəb olur”.

Ekspertin fikrincə, ən çox diqqətdən kənarda qalan, lakin ən vacib məsələlərdən biri isə işçilərin yanğın zamanı düzgün davranış qaydalarını bilməməsidir:

“Mövcud tələblərə əsasən, işçilər mütəmadi olaraq təlimatlandırılmalı, hər bir məsul şəxs yanğın zamanı düzgün təxliyyə və ilkin müdaxilə prosesində fəal iştirak etməlidir. Sonda qeyd etmək lazımdır ki, yanğın təhlükəsizliyi tədbirləri əlavə xərc və ya formal prosedur deyil. Bu, insan həyatının qorunması üçün tələb olunan minimum şərtlərdir. Təcrübə də göstərir ki, qaydalara əməl edilən obyektlərdə yanğın riski dəfələrlə azalır və sonradan baş verə biləcək zərərlərin aradan qaldırılmasına xərclənən vəsaitdən qat-qat az xərc öncədən təhlükəsizliyə yönəldilmiş olur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Yanvar 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri