Icma.az
close
up
RU
Restoranda dəhşətli anlar: hər kəsə atəş açdı FOTO

Restoranda dəhşətli anlar: hər kəsə atəş açdı FOTO

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda yerləşən restoranda "mənə niyə tərs baxdın" bəhanəsi ilə başlayan mübahisə dəhşətə çevrilib. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı Onur Muharremlə 24 yaşlı Yusuf T. arasında yaranan mübahisədən sonra silah işə salınıb və məkandakı insanlara təsadüfi atəş açılıb.

Hadisənin təfərrüatları

2024-cü il 19 dekabr tarixində baş verən hadisədə Onur Muharrem A. Yusuf T.-nin oturduğu masaya stəkan ataraq mübahisəni böyüdüb. Araya girən şəxslər onu restorandan çıxarsalar da, Onur Muharrem bir müddət sonra belindən çıxardığı silahla əvvəlcə havaya, daha sonra isə restoranın içinə atəş açdı. Açılan güllələrdən biri Yusuf T.-nin yanında oturan Tolga K.-nın ayaqqabısını deşdi. Restoran əməkdaşları silahı alaraq vəziyyəti nəzarət altına aldılar. Hadisə yerinə gələn polis Onur Muharremi saxlayıb və o, məhkəməyə çıxarıldıqdan sonra həbs olunub.

Görüntülər və şahid ifadələri

Hadisə restoranın təhlükəsizlik kameraları tərəfindən anbaaan qeydə alınıb. Kadrlarda Onurun bardaq atdığı, daha sonra silahla atəş açdığı, Yusufun isə özünü stul ilə qorumağa çalışdığı görünür.

Şahidlərin ifadələrinə görə, silah tutukluq verib və əlindən silahı alan restoran işçiləri daha böyük faciənin qarşısını alıblar.

İddianamə və istintaq

Başlanan istintaqın ardından hazırlanan ittiham aktında Onur Muharremə qarşı "Zəncirvari şəkildə silahla hədələmə", "İctimai təhlükəsizliyi bilərəkdən təhlükəyə atma", "Silahla qəsdən xəsarət yetirməyə cəhd", "Təhqir" və "6136 saylı Qanuna zidd davranış" maddələri üzrə ümumilikdə 19 il 4 aya qədər həbs cəzası tələb olunub. İş İzmir 8-ci Asliye Cəza Məhkəməsində aparılıb.

Məhkəmədə ifadələr

10 aprel tarixində keçirilən məhkəmə iclasında sanıq Onur Muharrem  özünü müdafiə edərək, "Zərər vermək istəsəydim, verərdim. Peşmanam" - deyə bildirib. Lakin zərərçəkənlər və onların vəkilləri hadisənin "Qəsdən öldürməyə cəhd" kimi qiymətləndirilməsini istəyiblər. Zərərçəkənlərin vəkili Efe Alper onun hərəkətlərinə öz istəyi ilə deyil, məhz restoran işçilərinin müdaxiləsi ilə son qoyulduğunu bildirib.

Məhkəmədən qərar: Ağır cinayət sayıldı

Prokurorun təqdim etdiyi əsas ittihamda hadisənin "Qəsdən öldürməyə cəhd" kimi qiymətləndirildiyi və işin Ağır Cəza Məhkəməsinin səlahiyyətinə daxil olduğu bildirilib. Məhkəmə ittiham olunan şəxsin həbsdə qalmasına və işin Ağır Cəza Məhkəməsinə göndərilməsinə qərar verib.

Hüseyn
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri