Restoranda pul alarkən tutulmuşdu Məmura hökm oxundu
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsmayıllıda keçirilən antikorrupsiya əməliyyatı ilə həbs edilən bələdiyyə sədri Cahangir Surxayevin məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsi artıq hökmü elan edib.
İş materiallarında yazılıb ki, Cahangir Surxayev Diyallı kənd bələdiyyəsinin sədri vəzifəsini icra etdiyi müddətdə arıçılıq təsərrüfatı üçün torpaq icarəyə götürmək istəyən kənd sakini İlham Əsgərov ona müraciət edib. C.Surxayev bələdiyyə üzvlərinin ümumi yığıncağını və açıq hərrac, müsabiqə keçirmədən 2,6 hektar sahəni 5 illik icarəyə verib. Bunun əvəzində o, torpağı icarəyə götürən şəxsdən hissə-hissə 22 min manat pul alıb.
Bələdiyyə sədri 19 mini alıb şəxsi mənafeyi üçün xərcləsə də, qalan 3 min rüşvəti götürəndə “ilişib”. O, İsmayıllıdakı “Orman” restoranında pulu alarkən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən tutulub.
Keçmiş bələdiyyə sədri məhkəmədə özünü rüşvət ittihamı ilə təqsirli bilmədiyini deyib. Surxayev deyib ki, məqsədi qanuni prosedur olmadan İlham Əsgərovu aldadıb pulunu əlindən almaq olub. Bu səbəbdən törətdiyi əməli dələduzluq hesab edir.
O, valideynlərinin və övladlarının müalicəsi üçün bankdan kredit aldığını, bəzi borcları ödəyə bilmədiyini qeyd edərək yüngül cəza verilməsini xahiş edib.
Günay Aşurovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda Cahangir Surxayevə verilmiş ittihamları sübuta yetirilmiş hesab edib. Hökmə əsasən, o, vəzifə səlahiyyətlərini aşmaqla və vəzifə saxtakarlığı ilə külli miqdarda rüşvət almaqda təqsili bilinərək 8 il 1 ay azadlıqdan məhrum edilib.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 13 Oktyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















