Icma.az
close
up
RU
Restoranlarda ƏDV oyunu : müştəri ödəyir, dövlət görmür

Restoranlarda ƏDV oyunu : müştəri ödəyir, dövlət görmür

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Son vaxtlar bir çox kafe və restoranlarda hesab təqdim edilərkən məbləğin üzərinə Əlavə Dəyər Vergisi (ƏDV) əlavə olunur, lakin fiskal çek vurulduqda sistemdə həmin obyektin ƏDV ödəyicisi olmadığı görünür. 

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən hüquqşünas Araz Nurməmmədov bildirib ki, bir müəssisənin ƏDV ödəyicisi hesab olunması üçün son 12 ay üzrə dövriyyəsi 200 min manatı aşmamalıdır. 

A.Nurməmmədov qeyd edib ki, Əlavə Dəyər Vergisinin hesablanması yalnız həmin şirkət, yəni kafe və ya restoran rəsmi şəkildə ƏDV ödəyicisi olduqda mümkündür. Yalnız bu halda çekdə ƏDV göstərilə və qanuni əsasla qaytarıla bilər. Onun sözləronə görə. bəzən çeklərdə "xidmət haqqı" da qeyd olunur. Hüquqşünas izah edib ki, xidmət haqqı ilə ƏDV eyni anlayış deyil. Xidmət haqqı restoranın daxili siyasətinə əsasən tətbiq olunur, ƏDV isə dövlət tərəfindən müəyyən edilmiş Əlavə Dəyər Vergisidir:

"Bəzi hallarda çeklərdə həm ƏDV, həm də xidmət haqqı eyni vaxtda göstərilir. Lakin müəssisə ƏDV ödəyicisi olmadığı halda hesabda ƏDV tutulması qanunsuzdur. Bu, vergidən yayınma və müəssisənin əsassız varlanması ilə nəticələnir ki, nəticədə həm müştəri məmnuniyyəti, həm də müştərinin büdcəsi zərər görür".

Belə halların baş verməsi səbəblərindən danışan A.Nurməmmədov vurğulayıb ki, əsas səbəblər sırasında müştəridən ƏDV məbləğinin alınmasına baxmayaraq, bunun dövlətə bəyan edilməməsi və ya süni qiymət artımına yol verilməsi göstərilə bilər:

"Məsələn, 200 manatlıq hesabın üzərinə 18 faiz ƏDV və ya əlavə olaraq 10 faiz xidmət haqqının tətbiq edilməsi kifayət qədər yüksək məbləğ yaradır".

Nəzərə çatdırıb ki, bu kimi hallarla qarşılaşan vətəndaşlar 195 Çağrı Mərkəzinə və ya Dövlət Vergi Xidmətinə müraciət edərək şikayətlərini bildirə bilərlər: Əlavə edib ki, Əlavə Dəyər Vergisinin hesablanması və ödənilməsi qaydaları Vergi Məcəlləsi ilə tənzimlənir və bu sahədə baş verən hər hansı uyğunsuzluq qanunvericiliyin tələblərinə ziddir:

"Bundan əlavə, istehlakçılar Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edə bilərlər. Çünki müəssisənin ƏDV ödəyicisi olmadığı halda çekdə əlavə ƏDV-nin göstərilməsi istehlakçı hüquqlarının pozulması hesab olunur və tamamilə qanunsuzdur".

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Dekabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri