Icma.az
close
up
RU
Restoranlarda qəribə oğurluqlar Müştərilər görün nələri aparırlar

Restoranlarda qəribə oğurluqlar Müştərilər görün nələri aparırlar

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransada Michelin bələdçisində yer alan restoranların bəzi müştəriləri məkandan yalnız xoş təəssüratlarla ayrılmırlar. Son vaxtlar restoranlardan çəngəl-bıçaq dəstləri, dibçəklər, hətta tualet kağızı tutacaqlarının oğurlanması halları artıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, restoran sahibləri və aşpazların sözlərinə görə, yoxa çıxan əşyalar onlara hər il bir neçə yüz avrodan bir neçə min avroyadək zərər vurur.

Auvergne-Rhône-Alpes regionunda yerləşən Michelin ulduzlu “LEmulsion” restoranının və “Bib Gourmand” nişanına layiq görülmüş “Lo Fieu” bistosunun həmsahibi Romen Yuber bildirib ki, müştərilərin oğurladığı əşyalar barədə ayrıca kitab yazmaq olar.

Onun sözlərinə görə, restoran Michelin ulduzu almamışdan əvvəl belə müştərilərdən biri tualet kağızı tutacağını oğurlayıb. Həmin şəxs əşyanı sadəcə götürməyib, vintləri və dübelləri də sökərək özü ilə aparıb. Nəticədə divarda yalnız zədələnmiş suvaq qalıb.

Ən çox hansı əşyalar oğurlanır?

Restoran sahiblərinin sözlərinə görə, müştərilərin ən çox maraq göstərdiyi “suvenirlər” arasında çəngəl-bıçaq dəstləri və bahalı bıçaqlar var.

“Lo Fieu” bistosunda qoz ağacından hazırlanmış dəstəyə malik “Opinel” markalı bıçaqlar xüsusilə tez-tez oğurlanır. Sahiblər bıçaqları qatlayıb cibdə gizlətməyin qarşısını almaq üçün onların üzərinə xüsusi halqa bərkidiblər. Buna baxmayaraq, ilk il ərzində restorandakı 90 bıçaqdan azı 40-ı oğurlanıb.

Dekorativ əşyalar da müştərilərin diqqətindən yayınmır. Restoranların qadınlar üçün nəzərdə tutulmuş sanitar qovşaqlarında yerləşdirilən bahalı şamlar və əl kremləri mütəmadi olaraq yoxa çıxır. Hətta bəzi restoranlar kremləri hər iki həftədən bir yeniləmək məcburiyyətində qaldıqları üçün onları dispenserlərlə əvəz ediblər.

İzer bölgəsində yerləşən restoranlardan birində isə müştəri dibçəyin torpağını unitaza boşaldaraq qabın özünü götürüb aparıb.

Başqa bir hadisədə Niderland vətəndaşı su dolçasını köynəyinin altında gizlədərək restorandan çıxarmağa çalışıb.

Beşulduzlu hotellərdə də vəziyyət fərqli deyil. Məlumata görə, bəzi hotellərdən hər il təxminən 100 hamam xalatı yoxa çıxır. Bir mövsümdə isə hovuz üçün xüsusi seçilmiş 150 dəsmalın hamısı yay aylarında oğurlanıb.

Restoran sahiblərinin 94 faizi oğurluqla üzləşib

“bouillante.com” kulinariya saytının 500 restoran sahibi arasında keçirdiyi sorğuya əsasən, respondentlərin 94 faizi ən azı bir dəfə müştəri oğurluğu ilə üzləşib.

Araşdırma göstərib ki, restoran nə qədər bahalı və prestijli olarsa, müştərilərin oradan müxtəlif əşyaları götürüb aparması ehtimalı da bir o qədər yüksəlir.

Restoranlar oğurluğa qarşı mübarizə aparır

Parisin 17-ci rayonunda yerləşən Michelin ulduzlu “Agape” restoranının sahibi Loran Laper bildirib ki, artıq 18 ildir oğurluq edən müştərilərlə mübarizə aparır.

Restoranda salfetlər üçün gümüş üzüklərdən istifadə olunur. Eyni zamanda bıçaq altlığı funksiyası daşıyan və dizayner Andre Putman tərəfindən “Christofle” üçün hazırlanan bu dəstin qiyməti təxminən 200 avrodur.

Ofisiantlar desert təqdim edilməzdən əvvəl həmin üzükləri masadan yığaraq hamısının yerində olub-olmadığını yoxlayırlar.

Restoran sahibinin sözlərinə görə, bəzi hallarda üzüklər müştərilərin çantalarında “təsadüfən” peyda olur.

Laper belə vəziyyətlər üçün effektiv üsul tapdıqlarını deyib. Əşya yoxa çıxanda onun qiyməti hesaba əlavə olunur. Bundan sonra isə itkin əşya adətən dərhal “tapılır”.

210 avroluq bıçağı oğurladı, kameraya düşdü

Auvergne bölgəsindəki Michelin ulduzlu “Origines” restoranının meneceri Adrian Deskul isə daha diqqətçəkən hadisə ilə üzləşib.

Bir qadın müştəri masasından qalxarkən qonşuluqdakı boş masanın üzərindəki dizayner bıçağını götürüb.

Restoran əməkdaşları qadından bıçağı geri qaytarmağı xahiş etdikdə o, buna etiraz edib və ittihamları qəbul etməyib.

Lakin təhlükəsizlik kameralarının görüntüləri nümayiş etdiriləndən sonra qadın bıçağı götürdüyünü etiraf etmək məcburiyyətində qalıb.

Restoran rəhbərliyi isə hadisəyə güzəşt etməyib və polisə müraciət etmək qərarına gəlib. Bildirilib ki, restoranda istifadə olunan həmin dizayner bıçaqlarının hər birinin qiyməti 210 avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Sentyabr 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see393

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see382

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see296

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see288

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see282

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see277

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see263

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see259

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see258

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see255

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see251

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see244

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see242

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see231

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see230

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see225

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see215

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see207

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see204

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri