Icma.az
close
up
RU
Restoranlarda hesabı ödəyərkən diqqətli olun görün nə edirlər...

Restoranlarda hesabı ödəyərkən diqqətli olun görün nə edirlər...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Yay aylarında restoran və kafelərdə servis haqqının süni şəkildə artırılması müştərilərin narazılığına səbəb olur. Bəzən 20 manatlıq hesab, əlavə xidmət haqları ilə 26-27 manata qədər yüksəlir. Bu artım xüsusilə turizm mövsümündə həm yerli sakinlərin, həm də turistlərin cibinə ciddi təsir göstərir.

Lakin bu sahədə vahid tənzimləmə və ya normativ qaydaların olub-olmaması suallar doğurur. Restoranlarda servis haqqının miqdarı ilə bağlı qanuni bir tənzimləmə varmı? Əgər yoxdursa, vahid norma tətbiq olunmalıdırmı ki, müştərilər öncədən nə qədər əlavə ödəniş edəcəklərini dəqiq bilsinlər?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, hazırda bu məsələ ilə bağlı konkret rəsmi bir qanun mövcud deyil.

Onun sözlərinə görə, bu sahədə tənzimləmələr İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin səlahiyyətinə daxildir:

“Əgər servis haqqı tutulacaqsa, bu, menyuda açıq və oxunaqlı şəkildə göstərilməli və servis personalı tərəfindən müştəriyə şifahi şəkildə bildirilməlidir. Əgər müştəriyə bu barədə yazılı və ya şifahi məlumat verilməyibsə, o zaman xidmət haqqını ödəməyə bilər və İqtisadiyyat Nazirliyinin 195 saylı qaynar xəttinə şikayət edə bilər”.

Həmçinin oxuyun:

Prezident mühüm forumda iştirak etdi – YENİLƏNİB

Günay Hüseynova

İqtisadçı qeyd edib ki, hazırkı vəziyyətdə bu sahədə ciddi hüquqi boşluqlar mövcuddur:

“Azad sahibkarlıq mühiti hökm sürdüyü üçün sahibkarlar istədikləri qiymət və servis haqqını müəyyən edə bilirlər. Lakin bu, istehlakçı hüquqlarının qorunması və qiymət tənzimlənməsi baxımından nəzarətsiz buraxılmamalıdır. Menyuda göstərilən servis haqqı doğrudan da xidmət göstərən işçilərin maaşına əlavə kimi istifadə olunsa, ictimai narazılıq bu qədər olmazdı. Təəssüf ki, əksər hallarda bu, baş vermir və müştəriyə də əvvəlcədən məlumat verilmir. Bu isə həm qanunun tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması deməkdir. Servis haqlarının 5-10 faiz aralığında saxlanılması və vergiyə cəlb olunaraq birbaşa xidmət göstərənlərin əmək haqqına yönəldilməsi daha məqsədəuyğun olardı”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri