Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Restoranların xidmət haqqı tələbi qanunidirmi? CAVAB

Restoranların xidmət haqqı tələbi qanunidirmi? CAVAB

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlərdə Azərbaycanda ictimai iaşə obyektləri ilə bağlı müzakirələrə səbəb olan əsas problemlərdən biri də restoranlarda təqdim edilən hesabların qeyri-şəffaf olmasıdır. Xüsusilə müştərilərin sifariş etmədiyi, lakin hesabda əks olunan əlavə məbləğlər haqlı narazılıqlara səbəb ola bilir. Bu cür hallar artıq təsadüfi deyil, əksinə bir sıra restoranlarda geniş yayılmış və adiləşmiş bir praktikaya çevrilib.

Ən çox narazılıq yaradan məqamlardan bir digəri isə “xidmət haqqı” adı altında hesaba əlavə edilən ödənişlərdir. Bir çox hallarda bu məbləğ ümumi hesabın 3-20 faizi arasında dəyişir, habelə müştəriyə əvvəlcədən bu barədə heç bir məlumat verilmir. Nəticə etibarilə, istehlakçı yalnız hesab təqdim edilərkən əlavə ödənişlə qarşılaşır ki, bu da ciddi suallar və narazılıqlarla müşahidə olunur.

Sözügedən halın səbəbləri, istehlakçı hüquqları baxımından hüquqi qiymətləndirilməsi və problemin qarşısının alınması yolları da cəmiyyət üçün xüsusi maraq kəsb edir.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin sabiq deputatı Rüfət Quliyev müştəriləri yalnız tanıdıqları, bildikləri kafe və restoranlara getməyə çağırıb:

“İlk növbədə qeyd edim ki, istənilən müştəri restoranda ilk olaraq menyunu tələb etməlidir. Menyuya baxmalı, qiymətlərlə tanış olmalıdır. Artıq bu gün ən ucuz yeməkxanalardan tutmuş ən bahalı restoranlara qədər hər yerdə menyu mövcuddur.
Sifariş verməzdən əvvəl müştəri konkret sualını da verməlidir: bu sifarişlər üzrə servis haqqı tutulacaqmı, tutulacaqsa nə qədər olacaq? Açığı, qanunvericilikdə servis haqqının məcburi şəkildə hesabın üzərinə əlavə olunması ilə bağlı konkret tələb olduğunu eşitməmişəm. Əgər servis haqqı bütün hesabın üzərinə əlavə edilirsə, bu artıq vergi öhdəliyinə də cəlb olunmalıdır”,- deyə iqtisadçı bildirib.


R.Quliyevin sözlərinə görə, qiymət artımlarının əsas səbəbi qida və kənd təsərrüfatı məhsullarında müşahidə olunan inflyasiyadır. İnflyasiya birbaşa qiymətlərə təsir edir. Kafe və restoranlar isə qiymətləri açıq şəkildə qaldırmamaq üçün bəzən alternativ üsullara əl atırlar. Bir neçə il əvvəl böyük supermarketlərdə qiymət oyunları ilə bağlı bu mövzunu qaldırmışdım: piştaxtada bir qiymət göstərilir, kassada isə başqa qiymət çıxır. Təəssüf ki, bu hallar hələ də mövcuddur”.


İqtisadçı onu da qeyd edib ki, bu səbəbdən istehlakçılar daim diqqətli olmalı, belə hallarda mütləq şikayət etməlidirlər: 
“İstər restoran olsun, istər supermarket - meneceri çağırıb sual vermək lazımdır: niyə qiymət belədir, fərq haradan yaranır? Bununla yanaşı, müəssisələrin rəsmi saytları və platformaları var. Orada narazılıq bildirmək mümkündür və bu rəylər silinmir, ictimai şəkildə qalır. Yadımdadır, millət vəkili olduğum dövrdə Turizm haqqında qanun müzakirə olunarkən təklif etmişdim ki, bütün kafe və yeməkxanalar internet üzərindən açıq və şəffaf şəkildə menyularını, qiymətləri və qramajı paylaşsınlar ki, insanlar əvvəlcədən tam məlumatlı olsunlar. Hazırda bu qaydalara nə dərəcədə əməl olunduğunu dəqiq bilmirəm, amma özünə hörmət edən bir çox restoranlar bunu ən azı qismən tətbiq edirlər”.


Sabiq deputat həmçinin bəzi yerlərdə menyuda qiymət göstərilməsinin, amma qramaj göstərilməməsi məsələsinə də aydınlıq gətirib:
“Məsələn, kabab sifariş edirsiniz, amma ətin neçə qram olduğu qeyd olunmur. Halbuki beynəlxalq praktikada bu məlumatlar mütləq açıq şəkildə yazılmalıdır.
Bazar iqtisadiyyatı şəraitində sahibkarların və satış agentlərinin üzərinə həddindən artıq getmək də müəyyən problemlər yarada bilər. Mən hər zaman o mövqedə olmuşam ki, dövlət orqanları bazara birbaşa müdaxilə etməməlidir. Amma keyfiyyətlə bağlı və ya açıq pozuntu hallarında mütləq şikayət edilməlidir. Bunun üçün qaynar xətlər mövcuddur, İqtisadiyyat Nazirliyinin müvafiq şöbələri, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi fəaliyyət göstərir. Yekun olaraq onu deyim ki, mənə elə gəlir ki, insanlar bir az daha ayıq, bir az da daha prinsipial olmalıdırlar”,- deyə R.Quliyev qeyd edib.

 Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə saytımıza açıqlamasında qeyd edib ki, son 10 ildir “servis haqqı”, "xidmət haqqı" anlayışları sürətlə bütün restoranlara yayılmaqda davam edir.

O həmçinin vurğulayıb ki, bütün dünyada servis haqqı istehlakçının restoran sahibinə və ya birbaşa xidmət göstərən şəxsə könüllü şəkildə verdiyi ödənişdir:

“Mən şəxsi müşahidəmə əsasən deyə bilərəm ki, ən yüksək servis haqqını Kanadada görmüşəm təxminən 10 faiz civarındadır və tamamilə könüllü xarakter daşımasıyla yanaşı, eyni zamanda müştəri bu məbləği birbaşa ofisianta verir.

Lakin Azərbaycanda bir çox biznes subyektləri “servis haqqı” anlayışını tamamilə fərqli formada təqdim edirlər. Restoran sahibləri ilə bu mövzuda söhbət edərkən onlar bildirirlər ki, bəzi hallarda istehlakçılar xüsusi kabinet, musiqi, video nümayişi, multimedia avadanlıqları, eləcə də canlı musiqi və ya müğənni xidmətləri tələb edirlər. Bu zaman restoranlar həmin əlavə avadanlıqların və xidmətlərin xərcini kassa çekinə daxil etməyə məcbur olduqlarını deyirlər”.

AİB sədri əlavə edib ki, əslində burada söhbət klassik servis haqqından yox, əlavə göstərilən xidmətlərdən gedir:

“Sözügedən xidmətlərin qiymətinin əvvəlcədən müəyyən edilib kassa çekində açıq şəkildə göstərilməsi normaldır. Problem ondadır ki, bütün bu ödənişlər ümumiləşdirilərək “servis haqqı” adı altında təqdim olunur və şəffaflıq tamamilə itir.

Ən ciddi problemlərdən biri isə müğənnilərlə restoran sahibləri arasında olan, lakin istehlakçı üçün qaranlıq qalan maliyyə razılaşmalarıdır. Heç kim bilmir ki, müğənni ilə restoran sahibi arasında hansı razılaşma var, nə qədər ödəniş edilir və bu məbləğin hansı hissəsi müştəridən alınır. Nəticədə istehlakçı bilmədiyi, razılaşmadığı bir xərci ödəməyə məcbur qalır”.

E.Hüseynovun sözlərinə görə, qanunvericilik baxımından bu hallar birbaşa qadağan edilməsə də, lakin praktikada bu yanaşma Azərbaycanda turizmin inkişafına ciddi zərbə endirir:

“Təəssüf ki, zaman keçdikcə daha absurd vəziyyətlər ortaya çıxır: “üzün xoşuma gəlmir, səni içəri buraxmıram”, “dənizə tərəf oturmusan, əlavə 20 manat ödəməlisən”, “başqa masada qəlyan çəkən xanıma görə pulu sən verməlisən” və s. kimi hallar geniş yayılır.

Bütün bunlar onu göstərir ki, bu sahəyə nəzarət edən dövlət orqanları tərəfindən konkret qərarlar qəbul edilməli, restoranlar üçün aydın və məcburi qaydalar müəyyənləşdirilməlidir. Bundan başqa, servis haqqı anlayışı dəqiq tərif olunmalı, əlavə xidmətlərin qiymətləri şəffaf şəkildə açıqlanmalıdır ki, istehlakçı hüquqlarının pozulmasına yol verilməsin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Yanvar 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri