Icma.az
close
up
RU
Sumqayıtda TİCARƏT ƏMƏLİYYATI: İcra Hakimiyyətinin əməkdaşı sahibkarlara QAN UDDURUR

Sumqayıtda TİCARƏT ƏMƏLİYYATI: İcra Hakimiyyətinin əməkdaşı sahibkarlara QAN UDDURUR

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtın Məhəmməd Əsədov küçəsində qeyri-qanuni küçə ticarətinə qarşı keçirilən nəzarət tədbirləri gözlənilmədən narazılıq dalğası yaradıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda şəhər icra hakimiyyətinin nümayəndəsi olduğu bildirilən şəxsin səki üzərində satışla məşğul olan vətəndaşa kobud tonda irad bildirdiyi, məhsulların isə birbaşa müsadirə edilməsini tapşırdığı görünür.

Hadisənin gedişində sahibkara mallarını toplamaq və başqa yerə daşımaq imkanı verilmir.

Bu görüntülər reydlərin keçirilmə üsulu və vətəndaşla davranış standartları barədə ciddi suallar doğurub.

Belə məqamda suallar qaçılmaz olur: görəsən, bu davranışın arxasında qanun bilgisi dayanır, yoxsa özünü toxunulmaz sanan məmur özbaşınalığı?

Bu sualın cavabı isə hüquqşünasların dilində daha aydın görünür…

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, Sumqayıtda İcra Hakimiyyəti aparatının əməkdaşının sahibkarla kobud rəftar etməsi və onun mağazasında satış məqsədilə olan malları qanunsuz müsadirə etməsi hüquqi baxımdan ciddi narahatlıq doğurur: j

"Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsi hər kəsin mülkiyyət hüququnu təmin edir və qanunsuz müsadirə qadağandır. Dövlət məmurunun sahibkarın mağazasının qarşısında mülkiyyətini müdaxilə etmə səlahiyyəti yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür və bu hallarda belə, prosedur məhkəmə qərarı və ya qanunla nəzərdə tutulmuş inzibati tədbirlərlə tənzimlənir".

Onun sözlərinə görə,  belə bir səlahiyyət qanunda açıq göstərilməyibsə, məmurun hər hansı malı müsadirə etməsi hüquqi pozuntu hesab olunur və cinayət məsuliyyəti doğura bilər:

"Sahibkarın ilk növbədə hüquqlarını sənədləşdirməsi vacibdir. Hadisənin fotosunu və ya videosunu çəkmək, şahid ifadələrini toplamaq və hər hansı yazılı təzyiq, hədələmə və ya kobud davranışın sübutlarını qorumaq. Belə hallarda sahibkar dərhal məhkəməyə və ya hüquq-mühafizə orqanlarına müraciət etməlidir. İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi əsasında dövlət orqanının qanunsuz hərəkətləri üzrə rəsmi şikayət verilə bilər. Məmurun qanunsuz müdaxiləsi nəticəsində sahibkar həm mülki iddia qaldıra, həm də inzibati və cinayət məsuliyyəti tələb edə bilər. Bu cür təzyiqlər sahibkarın fəaliyyətini məhdudlaşdırmaq məqsədilə baş verirsə, həm də korrupsiya və səlahiyyətin aşılması faktı kimi qiymətləndirilə bilər".

Rüstəm Əzimzadə: Hər hansı səlahiyyətin aşılması ciddi hüquqi məsuliyyət yaradır

Həmsöhbətimiz bildirib ki, hüquqi prosedur çərçivəsində sahibkarın müdafiəsi həm maddi, həm də mənəvi zərərin qarşısını almağa yönəlib: 

"Məsələn, malların qanunsuz müsadirəsi hallarında dərhal inzibati aktın qanunsuzluğunu sübut edərək geri qaytarılmasını tələb etmək mümkündür. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən məmur barədə cinayət işi açılması hüquqi vasitə kimi mövcuddur".

Müsahibimiz onu da əlavə edib ki, qanunun aliliyi prinsipinə uyğun olaraq, sahibkarların hüquqlarını qorumaq və onlara qarşı hər hansı təzyiq göstərməmək öhdəlikdir: 

"Hər hansı səlahiyyətin aşılması ciddi hüquqi məsuliyyət yaradır və bununla bağlı sahibkarın passiv qalmaması vacibdir. Hüquqşünaslar tövsiyə edir ki, sahibkar öz hüquqlarını qorumaq üçün bütün prosedur addımlarını yazılı şəkildə sənədləşdirməli və zəruri hallarda məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət etməlidir".

Sonda o diqqətə çatdırıb ki, məmurun mağaza qarşısında malları müsadirə etmək hüququ yoxdur və sahibkar bu cür qanunsuz hərəkət qarşısında hüquqi müdafiə tədbirlərini həyata keçirməlidir. Hüquqşünaslar bildirir ki, qanunsuzluq halları nəinki inzibati, həm də cinayət məsuliyyəti yaradır və dövlət orqanının hər hansı qanunsuz hərəkəti mütləq hüquqi qiymət almalıdır.

Rəşid Muxtar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Yanvar 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri