Icma.az
close
up
RU
Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov qalmaqalı 5 milyonluq savaş

Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov qalmaqalı 5 milyonluq savaş

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bakının Bilgəh qəsəbəsində illərdir davam edən torpaq davası bitmək bilmir. Məsələnin mərkəzində sabiq deputat Hacı Qalib Salahzadə dayanır.

Hacı Qalib Salahzadə Musavat.com-a deyib ki, adını çəkmək istəmədiyi generalla 30 ilə yaxındır məhkəmələrdə çəkişib:

“Həmin general bir şey edə bilmədi, indi də Qod Nisanovu qabağa veriblər, onun “podstavnoy” adamının əli ilə torpağı ələ keçirmək istəyirlər. Mən də məcbur olub Bakıdakıları qoyub Moskvadakılarla döyüşürəm”. pizza sifarişi

Söhbət Bilgəh qəsəbəsində yerləşən, sovet dövründən qalma böyük bir bağ sahəsindən gedir. İddialara görə, bu torpaq sahəsinin ilk sahibi vaxtilə Rəsul Quliyev olub. Lakin sonradan həmin ərazi üzərində mülkiyyət hüququnu Hacı Qalib Salahzadə və onun ailəsi də irəli sürüb.

Hacı Qalib Salahzadə və onun qohumları torpaq sahəsinin onlara vərəsəlik və mülkiyyət hüququ əsasında çatdığını sübut edən sənədləri təqdim etdiklərini deyirlər.

Ötən il Hacı Qalibin xalası Lətifə Əliyeva Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə rəsmi məktubla müraciət edib. Həmin məktuba Hacı Qalibin dayısı, 1945-ci il təvəllüdlü Əminağa Camalov imza atıb.

Əminağa Camalov yazır ki, anası Kübra Mirəbdül Hüseyn qızı Camalovaya məxsus olmuş və vərəsəlik üzrə ona çatan bağ sahəsinə 26 ildir daxil ola bilmir:

“Bağa girişə qadağa qoyulub, məcbur olub redaksiyalara müraciət etmişəm. 2009-cu ildə Sabunçu Rayon Məhkəməsində hakim Nilufər Cəfərlinin sədrliyi ilə bu işə 3 dəfə baxılıb. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyev “zakaz” qəbul edərək, artıq qüvvəyə minmiş qərarı ləğv edib. Halbuki həmin qərar Sabunçu Rayon Məhkəməsinin hakimi Rahib Salmanov tərəfindən çıxarılmış və 7 ay öncə qüvvəyə minmişdi”.

Camalovun sözlərinə görə, həmin dövrdə apellyasiya instansiyasında qərarın dəyişdirilməsinə “bir generalın şəxsi müdaxiləsi” səbəb olub.

Əminağa Camalov məktubunda sensasion iddialar da səsləndirib:

“Bu, 60 sot torpaq davası deyil. Söhbət 25 milyon dollarlıq ərazidən gedir”.

Ə.Camalovun sözlərinə əsasən, 2009-cu ildə məhkəmə materialları aydın şəkildə göstərir ki, mübahisəli torpaq sahəsi Rəsul Quliyevə deyil, Abşeron rayonuna aid ərazidə yerləşir və sənədlər Hacı Qalib Salahzadənin ailəsinə məxsusdur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Oktyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri