Icma.az
close
up
RU
Rəsul Quliyevin övladları: Maliyyəçi, rəssam, keçmiş bank işçisi...

Rəsul Quliyevin övladları: Maliyyəçi, rəssam, keçmiş bank işçisi...

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Məclisinin ABŞ-da mühacirətdə olan eks-sədri Rəsul Quliyevin qızı, nəvəsi və kürəkəni 30 ildən sonra Bakıya gəlib. Səfərin ilk günü onlar Fəxri Xiyabanı, ardınca Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanda qalacaqları müddətdə onların işğaldan azad olunmuş Qarabağ torpaqlarını da ziyarət edəcəkləri planlaşdırılıb.
Rəsul Quliyevin qızının 30 ildən sonra Azərbaycana dönüşü eks-spikerin ailə üzvləri – xüsusulə övladları – medianın və ictimaiyyətin maraq dairəsinə düşüb. Onun övladları kimdirlər, nə işlə məşğuldurlar?
Modern.az-ın məlumatına görə, Rəsul Quliyev iki oğlu, bir qızı var. Onların hər üçü Amerikada yaşayır.
Eks-spikerin böyük oğlu Pərvin Quliyev hazırda ABŞ-ın Nyu-York ştatında yaşayır. O, Azərbaycanı 20 yaşında tərk edərək, Avstriyanın Vyana şəhərində ingilis dili öyrədən məktəbə daxil olub. Daha sonra ali təhsil almaq üçün 1992-ci ildə ABŞ-a köçüb. Təhsilini davam etdirmək üçün okeanın o tayına gedən P.Quliyev atasının 1996-ci ildə Azərbaycanı tərk etməsi səbəbindən geri qayıtmayıb. O zaman Quliyevlər ailəsinin bütün üzvlərinə siyasi sığınacaq statusu verilib.
Onun maliyyə sahəsində işlədiyi bildirilir.
54 yaşlı Pərvin Quliyev evlidir. Onun həyat yoldaşı Zemfira xanım da təsilini ABŞ-da bitirib və məktəbdə müəllimə işləyir. Cütlüyün iki oğlu var - Rəsul və Elmir.

Rəsul Quliyevin digər oğlu Ziya Quliyevin rəssam olduğu və özəl sektorda çalışdığı barədə məlumat var. Onun da evli və iki övlad atası olduğu bildirilir.
Eks-spikerin qızı Xanım Quliyeva evlidir və iki uşağı var. O, əvvələr ABŞ-da bank sektorunda işləyib. Daha sonra demokratiya üçün yaradılmış fondda çalışıb. İndi isə özəl sektorda fəaliyyət göstərdiyi bildirilir.
1996-cı ildə ABŞ-a köçən Rəsul Quliyev hazırda 78 yaşı var. O, əvvəllər neft mühəndisi olmuş Elmira Quliyeva ilə ailəlidir.
R.Quliyev 1981-ci ildə Bakı Neftayırma zavodunda direktor vəzifəsinə təyin olunub. 1990-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra - 1992-ci ildə R.Quliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti təyin edilib.

11 may 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib və 9 noyabr 1993-cü ilədək bu vəzifədə çalışıb.

29 iyul 1993-cü ildə Milli Məclisin deputatı seçilib. 5 noyabr 1993-cü ildə isə parlamentin sədri seçilib və 1995-ci ilin noyabrınadək həmin vəzifədə işləyib.

1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan parlamentinin sədri seçilib.

1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin ildə ABŞ-da mühacirət edib. R.Quliyev ABŞ-a yerləşdirkdən sonra Azərbaycan hakimiyyətinə müxalifətdə olub, Bakıdakı bəzi siyasi partiyalarla əməkdaşlıq edib.

2003-cü ildə keçirilmiş Prezident seçkilərində Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən namizədliyi irəli sürülüb, lakin Mərkəzi Seçki Komissiyası onu prezidentliyə namizəd kimi təsdiq etməyib.

2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmaq məqsədilə Azərbaycana qayıtmağa cəhd edib. Lakin Binə hava limanı onun mindiyi təyyarənin qəbulundan imtina edib. Buna görə də təyyarə məcburi olaraq Ukraynanın Simferopol şəhərinə enib. Orada Rəsul Quliyev həbs edilib. ABŞ və beynəlxalq təşkilatların təzyiqi nəticəsində 3 gündən sonra azadlığa buraxılıb.
Rəsul Quliyev sonralar Azərbaycanda yaradılan Açıq Cəmiyyət partiyasında təmsil olunub, amma 2013-cü ildə oradan istefa verib.
Rəsul Quliyev 2024-cü ildə Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində İlham Əliyevi dəstəklədiyini bildirib və tərəfdarlarını ona səs verməyə çağırıb.

O, hazırda Azərbaycanda fəaliyyət göstərən Gələcək Azərbaycan Partiyasının fəxri üzvüdür.
 

A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri