Icma.az
close
up
RU
Rəsulzadə sağ olsaydı, İlham Əliyevlə fəxr edərdi DEPUTAT

Rəsulzadə sağ olsaydı, İlham Əliyevlə fəxr edərdi DEPUTAT

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin deputatı Kamal Cəfərov AXCP sədri Əli Kərimlini sərt tənqid edib.

Modern.az-ın məlumatına görə, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Əli Kərimlinin Kuba müqayisəsi siyasi savadsızlıq və "siyasi məhbus" iddiası isə boş şüarçılıqdan başqa bir şey deyil. 

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışları və fəaliyyəti Azərbaycanın müstəqil siyasətini müdafiə edən açıq və prinsipial mövqeyin ifadəsidir: "Bu gün Azərbaycan elə bir güclü dövlətdir ki, heç bir xarici təzyiq onu milli maraqlarından geri çəkilməyə məcbur edə bilmir".

Kamal Cəfər vurğulayıb ki, Rəsulzadə sağ olsaydı, Azərbaycanla da, Prezident İlham Əliyevlə də fəxr edərdi:

"Əli Kərimlinin tez-tez istinad etdiyi M.Ə.Rəsulzadə də bu gün sağ olsaydı, bügünkü müstəqil və güclü Azərbaycanla da, Prezident İlham Əliyevlə də fəxr edərdi. Çünki həmin dövrdə Parlamentinin ilk iclasını istədikləri vaxtda 3 dekabr 1918-ci ildə keçirə bilmədilər. Britaniya qoşunlarının Qərargah rəisi, polkovnik S. Stouks 3 dekabr tarixində mayor Roulandsona təcili bir məktub göndərərək bildirdi ki, Müttəfiqlər komandanlığı tərəfindən Azərbaycanın koalisiya hökuməti rəsmən tanınmayana qədər Parlamentin açılışı baş tutmamalıdır. Elə də oldu, yalnız yazılı razılıq gəldikdən sonra Azərbaycan Parlamentinin ilk iclası 7 dekabr tarixində keçirildi.

Elə Rəsulzadənin gözləri qarşısında ilk iclas günü Azərbaycan bayrağı Parlament binasının üzərindən götürüldü, yalnız binanın içərisində asmağa imkan verdilər. Bugünkü Azərbaycan isə tamamilə fərqli bir reallıqla üz-üzədir. Müstəqil, güclü və öz milli maraqlarını hər şeydən üstün tutan Azərbaycan dövləti regionun lider ölkəsidir. İndi heç bir xarici qüvvə bizim dövlətimizin siyasətinə diktə edə bilmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Yanvar 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri