Icma.az
close
up
RU
İmam Hüseyn Qərbin qəhrəmanı olsaydı... Miri Rəsulzadə

İmam Hüseyn Qərbin qəhrəmanı olsaydı... Miri Rəsulzadə

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Miri Rəsulzadənin yeni yazısını təqdim edir.

Görəsən, bu dəyərlər başqa dinlərdə olsaydı necə olardı? Necə təbliğ edərdilər? Məsələn, müasir ədəbiyyat "İsanın son yeməyi"ndən çox danışdı, amma dünyanın ən bahalı əsəri olan “Əlinin yeməyi”ndən heç danışmadı.

Məscidin küncünə sıxılıb bir anlıq İmam Hüseyni onların qəhrəmanı təsəvvür elədim. İndiyə Hollivudda çəkilməyən film qalmamışdı. Rejissorları çoxdan Oskar almışdı, qrantların ardı-arası kəsilmirdi. "The New York Times", "Washington Post" qəzetləri, "Time" jurnalı onlardan yazırdı. Şübhə etmirəm ki, bütün festivalların qalibi Kərbəla idi. Ordakı qəhrəmanların oyuncaqları uşaqlarımızın oyuncağına çevrilmiş, nağılları kitab rəflərimizi bəzəmişdi. Onlardan yazan yazıçılar çoxdan Nobel, Buker almışdı. Sənədli filmlərlərdə, teatrlarda, kanallarda, qabaqcıl radiolarda, çizgi filmlərində hər gün bizə o dəyərləri xatırladıb bizi tərbiyə edirdilər. BMT öz ədalət tərəzisində, NATO öz döyüş qəhrəmanlığında onları nümunə götürürdü. Təssüf ki, bizdə əqidə güclü insanlar zəif, onlarda isə əksinədir. Şərqin vitrini bərbad, tribunası düz-əməlli işləmir. Təqdimatı çox səliqəsiz, ictimai immuniteti çox zəifdir. Bəlkə də, Şərq öz ruhunu Qərbə satıb.

Təəssüf ki, biz bəzən öz qəhrəmanlarımızı o qədər diniləşdiririk ki, onun insani və fəlsəfi cəsarətini unuduruq.

Qərb olsa idi onu bizə insan haqları, fərdi şüur və mənəvi dirənişin timsalı kimi öyrədərdi.

Biz isə onu bəzən, sadəcə, matəm simvolu kimi saxlayırıq.

Halbuki İmam Hüseyn nə ağlamaq üçün getdi, nə də yas saxlanılsın deyə qiyam etdi.

O, qalxıb dedi:
– Zülmə baş əyməyən ruh hələ yaşayır.

Bu ruhu yaşatmaq bizim öhdəmizdədir.

Ya sənətlə, ya sözlə, ya həyatla.

Əgər İmam Hüseyn Qərb tarixinin övladı olsaydı, o bu gün bəşəriyyətin simvoluna çevrilmişdi.

UNESCO irs siyahısına Kərbəlanı “bəşəri vicdanın sonuncu qalası” kimi salardı.

Onun şəxsiyyəti Harvardda “moral leadership” dərslərində öyrədilərdi.

Kərbəla qiyamı qanla, qılıncla yox, qorxmazlıqla, ədalətin zəfəri ilə assosasiya olunardı.

Zəncir əvəzinə heykəl ucaldılardı.

Əli oğlu və onunla yola çıxanlar minlik ordunun qarşısında sözlə, inamla, şəhadətlə, dirəniş göstərməklə yadda qaldı.

Qərb belə adamları unutmur.

Onlar üçün spartalıların 300-ü əfsanədir,

Çe Gevara tək üsyançıdır,

Sokrat isə içdiyi zəhərlə azad fikrin şəhididir.

Əgər İmam Hüseyn onlardan biri olsaydı, CNN hər il Aşura günü canlı yayımla "Kərbəla" sənədli filmini təqdim edərdi.

"Apple" onun sözlərini “Motivational quote of the day” kimi paylaşardı.

"Instagram" bio-larında yazılardı: “Mən zülmə boyun əyməyən Hüseynin yolundayam.”

Amma Hüseyn bizimdir, bizə qismət olub.

Təəssüf ki, biz o böyük şəxsiyyətin mesajını yavaş-yavaş matəmin kölgəsində itiririk.

Biz onu ya ucaldırıq, ya toxunulmaz edirik, ya da ağlamaq üçün səbəbə çeviririk.

Halbuki Hüseyn ağlamaq üçün yox, oyatmaq üçün getmişdi.

Kərbəla bir səhraydı, amma bu gün o səhra ürəyimizin ortasındadır. Susduğumuz hər haqsızlıqda, “özümü qoruyum” dediyimiz hər qorxaqlıqda biz yenidən Kərbəlada kufəli oluruq.

Əgər Hüseyn Qərbin olsaydı, "Google"un loqosunda onun siması olardı.

"Netflix" onu “The Man Who Refused to Bow” adlı sənədli filmə çevirərdi.

Onun sözləri motivasiya kartlarına yazılardı: “Zülmə boyun əymək azadlığın qəbridir.”

Amma Hüseyn bizimdir.

Bəlkə də, məhz buna görə onun səsini eşitmək daha çətindir…

Çünki biz onu çox yaxın bilirik, amma az tanıyırıq.

Çox ağlayırıq, amma az anlayırıq.

Çox danışırıq, amma az yaşadırıq…

Əgər Hüseyn bu gün yaşasaydı, o, zəncir istəməzdi — qəlb istəyərdi.

O, ağlayan göz deyil, ayağa qalxan insan istəyərdi.

Səhrada yox, sosial mediada susan, amma hər şeyi görən izləyicinin vicdanına toxunardı.

Əgər Hüseyn Qərbin oğullarından olsaydı…

Onun adını hər küçədə yazardılar.

Bəlkə də, Parisin bir meydanı “Place de Hussein” adlanardı,

Nyu-Yorkda bir divara böyük hərflərlə yazardılar: “Stand for justice, even if you stand alone”.

Hüseyn Qərbin qəhrəmanı olsaydı, onu qılıncla yox, qələmlə təqdim edərdilər.

Hollivud onu məğlub kimi yox, mənəviyyatın qalibi kimi çəkərdi.

Onun 72 nəfərini azlıq kimi deyil, sönməyən vicdanın ordusu kimi tanıyardılar.

Çünki Qərb öz qəhrəmanlarına ağlamır.

Onları heykələ, romana, kinoya, ilham qaynağına çevirir.

Onlar üçün qurbanlıq – bir matəm deyil, bir mesajdır.

"Naxçıvan" TV-nin sədri vəzifəsindən azad edildi Laçında 7 ölkənin bədii kollektivi çıxış edir Qadağan olunmuş layihə: Bakıxanovun məktəb planı niyə gizlədildi?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 İyul 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri