Rəvan Həsənov: İslamofobiya, nifrət və dözümsüzlük kimi məsələlər strukturlaşmış şəkildə gündəmdədir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 27 may, AZƏRTAC
“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində çox fəal, intensiv müzakirələr, çıxışlar olub. Çoxsaylı dəyərli təkliflər irəli sürülüb. Bəzi addımların atılması ilə bağlı razılaşmalar əldə edilib.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın yekununa həsr olunan mətbuat konfransında deyib.
O qeyd edib ki, bu konfransların ardıcıl şəkildə Azərbaycanda keçirilməsi xarici təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib. Fərqli ölkələrdən gələn nümayəndə heyətləri, ekspertlər, ictimai təşkilatların, humanitar təşkilatların nümayəndələri konfransın əhatə dairəsini genişləndirib.
“Çünki islamofobiya, nifrət və dözümsüzlük kimi məsələlər artıq vahid bir formatda – konfrans çərçivəsində müzakirə olunmaqla yanaşı, strukturlaşmış şəkildə gündəmdədir. Bu proses artıq təşəbbüsdən təşkilatlanmış hərəkata çevrilib. Biz birlikdə və sistemli şəkildə yeni layihələr həyata keçirməyi hədəfləyirik”,- deyə Rəvan Həsənov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















