Icma.az
close
up
RU
“Revanşistlər təkcə siyasi deyil, kriminal baxımdan da Paşinyana ciddi təhdidlər yarada bilərlər” Politoloq

“Revanşistlər təkcə siyasi deyil, kriminal baxımdan da Paşinyana ciddi təhdidlər yarada bilərlər” Politoloq

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanda Nikol Paşinyana qarşı çıxan revanşist qüvvələr köhnə gündəliyə qayıtmaqla bağlı mesajlar verirlər. Onlar deyirlər ki, Azərbaycan və Türkiyə ilə indi daha sərt ritorika ilə danışmaq, hansısa bir təsirli ideyanı ortaya qoymaq lazımdır. Paşinyan sülhün Ermənistana və erməni xalqına mənfəət gətirəcəyini göstərməlidir. Ona görə də sülh gündəliyindən yapışıb. Əks halda onun siyasi platforması xeyli zəif görünəcək və revanşist siyasi platformasında birmənalı olaraq uduzacaq”. 

Bu barədə 525.az-a politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Paşinyan sülhü istəməklə yeni reallıqları, yeni Ermənistan ideyasını da tətbiq etmək istəyir:

“Burda da onun məqsədi Ermənistanın siyasi landşaftını dəyşmək, yeni konstitusiyasını qəbul etmək, revanşist qüvvələri, eyni zamanda, siyasi əleyhdarlarını, ümumiyyətlə siyasi gələcəkdən məhrum etməkdir. Çünki başqa çıxış yolu yoxdur. Sülh gündəliyi onun üçün əsas alətdir, meyardır. Bu sülh gündəliyində onun kifayət qədər güclü tərəfdaşları var. Azərbaycan, Türkiyə, ABŞ və digər ölkələri göstərmək olar. Onlar əlbəttə ki, istəyərlər ki, regionda sülh bərqərar olsun. Ona görə ki, həmin qüvvələrin də regionda öz maraqları var. İstəyirlər ki, öz maraqlarını məhz regionda sülh şəraitində tətbiq etsinlər. Bu mənada düşünürəm ki, Paşinyanın istəyi təkcə sülhdən deyil, həm də daxili siyasi istəkdən irəli gəlir”.

Politoloq revanşist qüvvələrlə bağlı məsələyə də toxunub, həmin qüvvələri təhlükəli adlandırıb: 

“Çünki onlar təkcə siyasi amillərdən deyil, eyni zamanda, güc amilindən istifadə edirlər. Kriminal qruplardır, onların arxasında böyük pullar, böyük hərbləşmiş qruplaşmalar, kriminal qruplar da dayana bilər. Onlar hər şeyə əl ata bilərlər. Bu mənada təkcə siyasi baxımdan deyil, eyni zamanda, kriminal baxımdan da Paşinyan üçün, hazırkı hakimiyyət üçün çox ciddi təhdidlər yarada bilərlər. Hətta seçki qabağı müxtəlif təxribatlara əl atmaları mümkündür. Xarici havadarlarının əli ilə terror aktları törədə bilərlər. Müxalifətin mahiyyətinin nədən ibarət olduğunu başa düşmək üçün bir “Daşnaksütyun” partiyasını qeyd etmək kifayətdir”.

İ.Vəlizadə əlavə edib ki, Paşinyan bu radikal qüvvələrlə mübarizə aparır və demək olar ki, onların metodlarından istifadə edir: 

“Vaxtilə Paşinyana qarşı istifadə etdikləri metodlardan, yəni, həbslər,  təzyiqlər və s. indi Paşinyan onlara qarşı istifadə edir. Çünki başa düşür ki, bu revanşistlərlə başqa metodlarla bacarmaq mümkün olmayacaq. Düşünürəm ki, bu metodlarla siyasətini davam etdirsə, onda şansları da çox olacaq”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri