Icma.az
close
up
RU
Revanşistlərin iddiaları zərərsizləşdirildi: Azərbaycanın humanitar addımları İrəvanı blokadan çıxarır

Revanşistlərin iddiaları zərərsizləşdirildi: Azərbaycanın humanitar addımları İrəvanı blokadan çıxarır

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Ermənistanda revanşist qüvvələrin, xüsusilə Rusiyapərəst dairələrin yenidən fəallaşması, sülh prosesinə real təhlükə yaradır. Onlar üçün sülh sənədi, əslində, Ermənistanın müstəqil qərarvermə hüququnun təsdiqi deməkdir. Bu da Moskva üçün arzuolunmaz ssenaridir.

Paşinyan hökuməti erməni Apostol Kilsəsinin sərt müqaviməti ilə də üzləşir. Kilsə uzun illərdir dini təşkilatdan daha çox, siyasi-ideoloji mərkəz kimi fəaliyyət göstərir. Bu mərkəz "Böyük Ermənistan" ideyasının və revanşizmin əsas təbliğatçılarından biri olub. Paşinyanın "29 min kvadrat kilometr" konsepsiyasına əsaslanan realist siyasəti, Azərbaycanın ərazi bütövlüyünü tanıması və sülhə can atması Kilsənin ənənəvi, şovinist xəttinə ziddir.

Kilsə-hökumət gərginliyi fonunda Rusiya faktoru vacib rol oynayır. Erməni Kilsəsi tarixən Rusiya ilə sıx əlaqələrə malik olub və Paşinyanın Qərbyönlü kursu Kremli narahat edir. Rusiya daxili qüvvələr, o cümlədən kilsə vasitəsilə Paşinyana qarşı təzyiqi gücləndirməyə çalışır.

Ermənistan bu gün kəsişmə nöqtəsindədir. Paşinyanın məqsədi ölkəni illərlə mövcud olmuş irredentist xülyalardan qurtararaq real dövlətçilik yoluna çıxarmaqdır.

Əgər Paşinyan Kilsənin siyasi təsirini məhdudlaşdıra və 2026-cı il seçkilərində mövqeyini qoruyub-saxlaya bilsə, Ermənistanın dünyəvi və Qərbyönlü inkişaf kursu, həmçinin Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı artacaq.

Politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan revanşist qüvvələr, müxaliflər ciddi aktivləşib.

Ekspert vurğulayıb ki, siyasi mübarizə getdikcə daha da kəskinləşir:

"Bu kontekstdə müxalifətin ittihamlarından biri odur ki, Azərbaycan yekun sülh müqaviləsini imzalamayacaq. Revanşistlərin iddiasına görə, guya Azərbaycan tərəfi yekun sülh sazişinə imza atmağı ona görə ləngidir ki, hələ də Bakının İrəvandan almaq istədikləri bitməyib. Lakin Azərbaycan tərəfinin son günlərdə atdığı addımlar, xüsusən cənab Prezidentin Qazaxıstanda Ermənistana yük daşımalarında məhdudiyyətin götürülməsini açıqlaması, revanşistlərin iddialarını tamamilə zərərsizləşdirdi. Azərbaycan Prezidenti bir neçə dəfə vurğulamışdı ki, tərəflər arasında sülh mühiti mövcuddur. Nəqliyyat kommunikasiyaların açılması konkret praktik addımdır. Xüsusən, Ermənistan üçün kritik məhsul olan taxılın Azərbaycan vasitəsi ilə daşınması siyasi anlamda İrəvanın blokadadan xilas olması deməkdir. Bu praktiki bir nəticədir və ona görə sadəcə erməni cəmiyyətində deyil, beynəlxalq aləmdə də ciddi reaksiya doğurdu. Nikol Paşinyan da bunu gözardı edə bilməzdi və etmədi".

Analitik qeyd edib ki, Ermənistan hökuməti yeganə tələbi yerinə yetirərsə, öz Konstitusiyasını dəyişdirərsə, yekun sülhə imza atılacaq:

"Əgər Paşinyan hökuməti 2026-cı ilin iyununda keçiriləcək seçkiləri və ilin sonundakı referendumu gözləmək istəmirsə, o zaman parlamentdə çoxluqdan istifadə edərək Konstitusiyanın Preambula hissəsində yer alan ərazi iddiasını aradan qaldıra bilər. Bu, mümkündür”.

Natiq Miri: Ermənistan öz Konstitusiyasını dəyişdirərsə, yekun sülhə imza atılacaq

Politoloq hesab edir ki,  Paşinyanın bu addımı atması və yekun sülhün imzalanması həm də parlament seçkilərində onun qələbəsini təmin edər. Çünki erməni xalqı məhz sülh vəd etdiyi üçün Paşinyana mandat verib:

“Artıq erməni cəmiyyəti atəş səsləri eşitmir. Erməni analarının oğullarının cəbhədə ölməsi əndişəsi aradan qalxıb. Müharibənin olmaması iqtisadiyyatın inkişafı, kommunikasiyaların blokadadan çıxarılması ticarət-əməkdaşlıq, sülh perspektivi vəd edir. Erməni toplumu bunları görür və dəyərləndirir. Azərbaycan tərəfinin konkret addımları, qərarları, açıqlamaları da erməni ictimaiyyəti tərəfindən pozitiv qarşılanır. Ona görə də Paşinyan təşəkkürünü bildirir. Çünki yaranmış mənzərə daxili auditoriyaya mesaj olmaqla yanaşı, həm də Kilsə və revanşistlərin hökumətə qarşı təbliğatına da zərbə vurur”.

Natiq Miri qeyd edib ki, erməni toplumu Kilsənin, müxalifətin ittihamlarına, əsassız iddialarına etimad göstərmir:

“Bunlar sülh üçün önəmlidir. Artıq qarşılıqlı olaraq ictimai rəyin hazırlanması istiqamətində addımlar atılır. Bu, humanitar siyasətdir".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri