Icma.az
close
up
RU
Revmatizm xəstəliyi çox gəncləşib AÇIQLAMA

Revmatizm xəstəliyi çox gəncləşib AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Xüsusən də soyuq hava revmatizm və oynaq problemlərini daha da kəskinləşdirdiyi üçün qış aylarında müalicəni gecikdirmək olmaz

Əvvəllər yaşlıların xəstəliyi hesab edilən revmatizm indi gənclərdə daha çox erkən aşkarlanır. Bu xəstəlik el arasında, ənənəvi olaraq oynaqlarla əlaqələndirilir, lakin ilk növbədə ürək-damar ağırlaşmaları – mitral qapaqların, klapanların zədələnməsi və ürək qüsurlarının inkişafı səbəbindən təhlükəlidir.

Skandinaviya Sağlamlıq Mərkəzinin kardioloqu İvan Efremkin xəstəliyin necə inkişaf etdiyini, kimlərin risk altında olduğunu deyib.

İ.Efremkin qeyd edib ki, revmatizm A qrupundan streptokok ilə yoluxmasından sonra inkişaf edir, bədənin birləşdirici toxumalarına təsir edən iltihablı bir prosesdir: “Revmatik ocaqlar streptokok infeksiyasından 2-3 həftə sonra inkişaf edə bilər. Əsas simptomlara qızdırma, zəiflik, tərləmə və əzələ ağrıları daxildir. Böyük oynaqların (dizlər, dirsəklər və bud oynaqları) iltihabı ağrı və şişkinliklə müşayiət olunur.

Revmatik karditdə xəstələr ürək bölgəsində ağrı, taxikardiya və ürək ritminin pozulmasından şikayətlənə bilərlər. Ən təhlükəli nəticə ürək qüsurunun inkişafıdır.

Revmatizmi aşkar etmək üçün hərtərəfli müayinə, o cümlədən streptokoklara qarşı antikorların səviyyəsi üçün qan testi (ASO), elektrokardioqram (EKQ) və ürəyin ultrasəsi (Exo), eləcə də müxtəlif digər müayinələr aparılır. Müalicə immun sisteminin fəaliyyətini azaltmaq və fəsadların qarşısını almaq üçün penisilin antibiotiklərinin qəbulu və antiinflamatuar terapiyadan ibarətdir.

Gənclər arasında xəstələnmə hallarının artması diaqnozun gec qoyulması və özünü müalicə ilə əlaqələndirilir. Vaxtında müalicə olmadıqda, cərrahi müdaxilə tələb edən ciddi fəsadların yaranma ehtimalı artır”.


Həkim-revmatoloq Sevinc Ələsgərovanın sözlərinə görə, xalq arasında revmatizma kimi tanınan bu xəstəliyin tibdə adı kəskin revmatizmalı hərarət xəstəliyidir. Həkim "Sherg.az“a açıqlamasında deyib ki, xəstəliyin törədicisi və səbəbi B-qrup hemolitik streptokok infeksiyasından (angina, skarlatina) sonra, orqanizmin immunitetinin zəifləməsidir:

"Revmatizm xəstəliyi autoimmun xəstəlikdir və əsasən oynaqları, ürəyi, sinir sistemini, dərini və digər orqanları zədələyir və bədən hərarətini yüksəldir.

Revmatizm xəstəliyinin hər iki forması (kəskin revmatik qızdırma və Revmatik mənşəli ürək-damar sisteminin zədələnməsi) geniş yayılıb. Revmatik xəstəliyi olan insanlar fəsil dəyişikliyi zamanı diqqətli olmalıdırlar. Belə ki, infeksiyalardan qorunmalı, keyfiyyətli qidalanmalı və vitamin kompleksinə üstünlük verilməli, əsəbi gərginlikdən və stressdən qorunmalı, immunitetin aktivliyini artırmalı və digər tədbirlər görməlidirlər.

Revmatizmin əlamətləri müxtəlifdir. Bir və ya bir neçə əlamətlərə rast gəlinə və bu əlamətlər xəstəliyin gedişatı zamanı dəyişiklik göstərə bilər. Ayaqda revmatizm əlamətləri arasında ağrı, şişkinlik və hərəkət məhdudiyyəti yer alır.

Ürəkdə, oynaqlarda, dəridə və ya mərkəzi sinir sistemində iltihab nəticəsində yaranan revmatik qızdırma əlamətləri və simptomları yüksək temperatur,

ağrılı və həssas oynaqlar - ən çox dizlərdə, topuqlarda, dirsəklərdə və biləklərdə, bir oynaqda digər oynağa keçən ağrı, oynaqlarda şişkinlik, qızartı ilə müşahidə edilir.

Dərinin altında kiçik, ağrısız qabarlar, sinə ağrısı, ürək xırıltısı, yorğunluq da xəstəliyin əlamətlərindəndir.

Revmatik qızdırmanın qarşısını almağın yeganə yolu streptokok infeksiyalarını və ya qırmızı qızdırmanı müvafiq antibiotiklərin tam kursu ilə vaxtında müalicə etməkdir. Revmatizm qan analizi, revmatizmin diaqnozunda istifadə edilən əsas testlərdən biridir. Revmatizm qan analizi, revmatoid faktorun səviyyəsini ölçərək diaqnoz qoymağa kömək edir.

Ertələyən müalicə ilə revmatoloji xəstəliklərin inkişafı yavaşladıla bilir və xəstələrin həyat keyfiyyəti artırıla bilər. Tövsiyə edirəm ki, əzələ və oynaq ağrılarınıza laqeyd yanaşmayın, ilk simptomlarda həkimə müraciət edin.  

Erkən diaqnoz müalicəni daha effektiv edir.

Xəstəliyin gəncləşmə səbəblərinə gəldikdə isə revmatoloq deyib ki, revmatizm təkcə yaşlı insanlarda deyil, gənclər arasında da getdikcə daha çox rast gəlinir: "Bu, həyat keyfiyyətini azaldan ciddi bir xəstəlikdir. Revmatizm ən çox 5-15 yaş arasında olan uşaqlara təsir edir, buna baxmayaraq, daha kiçik uşaqlarda və böyüklərdə də rast gəlinə bilər. Revmatizm xəstəliyinin ilk dəfədən yaşlılarda başladığına dair yanlış fikirlər vardır. Revmatizm xəstəliyi adətən gənc yaşlarda başlayır. Yaşlı insanlarda isə gənc yaşlarda başlamış revmatizm xəstəliyinin davam edən qalıq əlamətləri olur. Belə ki, uşaq yaşlarında revmatizm xəstəliyinə tutulmuş insanlar yaşlı çağlarında da revmatizmin verdiyi zərərlərin əziyyətini çəkirlər".


Revmatik xəstəliklərin uzunmüddətli müalicə və diqqət tələb etdiyini vurğulayan həkim qeyd edib ki, bu xəstəliklər zamanı həkiminizin təyin etdiyi dərmanları düzgün və vaxtında qəbul etmək, həmçinin özbaşına dayandırmamaq çox vacibdir:

"Revmatik xəstəliklərdə ağrı əsas simptomdur. Dərmanlar ağrını azaltmaqla yanaşı, xəstəliyin ağırlaşmasının qarşısını alır. Xəstəliyin səbəb olduğu iltihabı idarə etmək üçün təyin olunan dərmanlar (məsələn, iltihab əleyhinə dərmanlar) mütəmadi qəbul edilməlidir. Müalicənin dayandırılması oynaqlarda və toxumalarda qalıcı zədələrə səbəb ola bilər. Dərmanların düzgün qəbulu gündəlik həyatı daha rahat yaşamağa imkan verir. Xüsusən də soyuq hava revmatizm və oynaq problemlərini daha da kəskinləşdirdiyi üçün qış aylarında müalicəni gecikdirmək olmaz".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri